4:05 pm - Çarşamba Temmuz 30, 2014

İran mənzərələri – FOTO

Yeni Zelandiyadan olan fotoqraf Amos Chapple 2011-ci ildən bəri 3 dəfə İrana səfər edib. O, özünün “heyrətamiz fotogenik yerlər” adlandırdığı məkanlara baş çəkib. Fotoqraf İran cəmiyyətinin bilinməyən yönlərinə daha çox obyektiv tuşlayıb. Özünün dediyinə görə bu şəkilləri göstərdiyi hər bir əcnəbi Qərb mediasının yaratdığı İran imicindən fərqli bir ölkə gördüklərinə çaşdıqlarını deyiblər. Fotoqraf özü də qeyd edir ki, hökumətin anti-Qərb təşviqatına baxmayaraq sadə iranlılar əslində qərblilərə sayğı ilə yanaşırlar.

 

İraqla sərhəd. 2009-cu ildə burada 3 ABŞ vətəndaşı həbs edilmişdi.

Çoban öz qoyunlarını ira-iraq sərhədindəki otlaqlara aparır.

Turistlərin az-az baş çəkdikləri məkanlardan olan Şirazdakı məscid. İrana gedən turistlərin sayı ildən-ilə artsa da qərbli turistlərin sayı cəmi onların 10 faizini təşkil edir. Fotoqrafa bələdçilik edən iranlı deyib ki, əslində Qərbdə adamlar İran rəsmilərinin sərt çıxışlarından narahatdırlar.

Tehranda bir vaxtlar ABŞ səfirliyi yerləşmiş ərazidə “ABŞ-a ölüm” şüarı yazılmış lövhə vurulub. Bu cür təbliğata baxmayaraq iranlıların bir çoxunda məsələn, Türkiyədən, Hindistandan çox, ABŞ-a rəğbət hiss edilir.

Sepahsala məscidinin minarəsindən Tehranın görünüşü.

Tehranda Müasir İncəsənət Muzeyi.

Tehran metrosunda balaca əkizlər.

Tehranın şimalında Saadabad Meydanında İran İslam İnqilabı nümayəndələri şahının heykəlinin yarısını olduğu kimi saxlayıb bugünə qədər nümayiş etdirirlər.

1979-cu ilin fevralında İslam İnqilabı ilə devrilən sonuncu İran Şahının xatirəsinə düzəldilmiş boşqablardan bəziləri Şirazda əntiq mağazasında qalır.

10 Rəngli şüşələri olan Tehran bazarında addımlayan gənc. İranda əhalinin yarıdan çoxunun yaşı 30-dan aşağıdır. İranın Ali Dini lideri vətəndaşları çoxuşaqlı ailələr qurmağa həvəsləndirsə də indi gənc nəsil mühafizəkar rejimin ən böyük təhlükə mənbəyinə çevrilib.

11 İranın şərqində, Əfqanıstan sərhədinə yaxın Məşhəd şəhərinin küçələrində insanlar . İranın şərqi qərbinə nisbətən daha muhafizəkar və dindardır. (Çev:Xebersayti.com)

12 Qaranlıq çökərkən qadınlar təpəlikdən Tehranı seyr edirlər.

13 Tehran metrosunda davada bir qrup gənc əsgərlərə hücum ediblər. Növbəti stansiyada hər iki tərəf vaqondan çıxarılıb.

14 Tehranda Ayətullah Xomeyninin Mavzoleyi. Son 23 ildə bu mavzoleyin tikintisi hələ başa çatmayıb. Ölkədəki iqtisadi çətinliyə görə tikintinin nə vaxt başa çatdırılacağı da hələ naməlumdur.

15 İraqla sərhəddəki Palanqan kəndi. Bu kəndə hökumət yardım edir. Kənd sakinlərinin çoxu yaxınlıqdakı balıq fermasında işləyir. Sakinlərdən bir çoxu da iranın yarımhərbi birliyi olan Bəsic qüvvələrindən maaş alırlar.

16 Palanqan kəndinin qoyunlarını otaran çobanlar.

17 Palanqan kəndi.

18 İraqla sərhəddə dağda kürd sakinlərdən biri gecə yol tikintisində istifadə olunan maşınların keşiyini çəkir. Bu ərazidən tez-tez iraqdan alkoqollu içkilər keçirən qaçaqçılar keçirlər. Tehranda bir butulka pivənin qara bazarda təxminən 10 ABŞ dollarına almaq olur.

19 Tehranda Behesht-e Zahra qəbirstanlığında iran-iraq müharibəsinin 200 000-ə yaxın qurbanı dəfn edilib. Bu kişi həmin qəbirstanlıqda qəbirlərdən birini yuyur.

20 Gənclərdən ibarət bir qrup Tehran yaxınlığında təpələrdən birinin üstündə. Chapple bildirir ki, gənc iranlıların bir çoxu öz hökumətlərindən və onun ölkəni xaricdə necə tanıtmasından utanırlar. 

Azadlıq Radiosu

Kateqoriya: Dünya, Maraqlı, Xarici Mətbuat

No comments yet.

Leave a Reply

*

Current month ye@r day *

Close
Facebookda bizə qoşulun, Xəbərsiz qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook