2:06 pm - Cuma Temmuz 26, 5376

Şimali Koreya sərhədə ballistik raket qurğusu yerləşdirir

Şimali Koreya şərq sahillərində “Skad” tipli ballistik raketlər üçün iki ədəd səyyar buraxılış qurğusu yerləşdirib. Bu barədə Cənubi Koreya hərbi mənbələri “Renxap” agentliyinə istinadən məlumat verir.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, aprelin əvvəllərində Şimali Koreya Cənubi Koreya ilə sərhəddəki Vonsan əyalətində 2 ədəd “Musudan” tipli ortaməsafəli raket və 7 ədəd raket buraxılış qurğusu yerləşdirib.

Pxenyan raketləri ölkənin qurucusu Kim İr Senin 101-ci doğum günü buraxacağı ilə hədələsə də, son vaxtlar Cənubi Koreya ilə sərhəddəki raket buraxılış qurğularının hərəkətinin müşahidə edilmədiyi bildirilir.

Kateqoriya: Dünya, Hərbi Xəbərlər

No comments yet.

Leave a Reply

*

Current month ye@r day *

Close
Facebookda bizə qoşulun, Xəbərsiz qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook