4:33 am - Perşembe Eylül 18, 2014

Səudiyyə Ərəbistanının 28 milyonluq əhalisinin 9,1 milyonunu xaricilər təşkil edir

Səudiyyə Ərəbistanında 1 milyon adam əhv edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkədə qaçaq olaraq çalışan və ya icazəsi olmadan yaşıyan 1 milyon əcnəbi işçi əvfindən faydalanıb. Əcnəbi vətəndaşlar heç bir cəza ödəmədən ölkələrinə geri dönüb.

Bu əvf qanunun müddəti 3 aylıqdır. Səudiyyə Ərəbistanın rəsmi orqanlarından verilən məlumata görə, qaçaq yaşayan xaricilərin tutulması üçün aidiyyatı qurumlara göstəriş verilib. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Səudiyyə Ərəbistanının 28 milyonluq əhalisinin 9,1 milyonunu xaricilər təşkil edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın qanunlarına görə, ölkədə qaçaq yaşayan əcnəbilərə qarşı 2 il həbs cəzası və 25 min ABŞ dollar cərimə edilir.

Kateqoriya: Dünya

No comments yet.

Leave a Reply

*

Current month ye@r day *