Oşo

Sirr – Oşo

İnsan hərdən özünü elə bil heç bir yerə aid deyilmiş kimi çox əcnəbi hiss edər. Bunun səbəbi özündən və “Mən varam” düşüncəsindən başqa heç bir şey deyil. Dünyada yalnız iki növ insan var: “Mən varam” deyə düşünənlər və “Mən yoxam ” deyə düşünənlər. “Mən varam” deyə düşünənlər mömin olmayanlar, “Mən yoxam” deyə düşünənlər isə mömin olanlardır.
Buddanın möhtəşəm bir cümləsi vardır: “Samadhi * – aydınlanmadır, amma aydınlanmadan əvvəl bir sönmə halıdır o”. Əhəmiyyətli dərəcədə anlamlı, mühüm bir cümlədir- işığa çevrilmədən, aydınlanmadan əvvəl, eqonun alovunu tamamilə söndürmək lazımdır. Əvvəlcə dərin bir qaranlığın içinə düşmək lazımdır. Sonra həmin qaranlığın özü işığa çevriləcəkdir. Daxili səfərin möcüzəsi budur!

 

İnsan qaranlığın içinə düşər. Çünki hal-hazırda eqonun görməyinə, əllə yolunu tapmağına kömək edən kiçik işığa sahibsən- eqonun kiçicik işığıdır bu- və sən onu söndürməyə qorxursan, çünki o zaman zülmətin içinə diyirlənmiş olacaqsan ki, bu yaxşıdır: İşığın həyatından tamamilə yox olduğu bir müddət qaranlığa diyirlənəcəksən. Xristian mistiklərin, “ruhun qaranlıq gecəsi” dedikləri budur. Eqonun təmin etdiyi adi aydınlıq çox şey deyil, amma sənə azacıq da olsa işıq verər. İşıldaquş kimidir o: səni heç yerə aparmaz, amma qaranlıq gecədə, onun olması işığın varlığına ümiddir. Onu da söndürsən tamamilə qaranlıqda qalarsan.Səfərin başlanğıcı budur.
Cəsarət budur: sahib olduğun şeyi, var olub-olmadığını bilmədiyin bir şeydən ötrü itirə bilmək. Bilinməyinin sığortası yoxdur. İnsan ancaq bir ustadla dərin və qırılmaz rabitə içində olduğunda qaranlığa tərəf, qaranlığın rəhminə tərəf yol ala bilər; və bu qaranlığın içindən təp-təzə bir işıq doğular. Və əslində, qaranlığın özünün yeni bir işıq olduğu anlaşılar. Ona öyrəşmədiyin üçün bu işıq əvvəllər qaranlıq kimi görünəcək. Ona öyrəşdiyin, onunla uyğunlaşdığın zaman, gözlərin bu təzə qaranlığa öyrəşdikcə heyrətlənəcəksən- qaranlıq işığa, sonsuz işığa dönəcək.
Budda haqlıdı: əvvəlcə zülmət dövründən keçməlisən ki, o zülmətin özü aydınlığa çevrilsin. Sufilərin söylədiyi budur. Onların sözləri “fəna” və “bəka”dır: “fəna”- “söndürmək”, “bəka” “aydınlatmaq” mənasına gəlir. Fəna, “heçliyə düşmək, eqo olaraq yox olmaq”, beka isə “eqo olaraq deyil, ilahi bir tərzdə, Tanrının özü olaraq yenidən doğmaq”dı. Bu təcrübə ilə “Ən əl həqq” ( “Mən həqiqətəm”) – “Mən yoxdur”, “Sadəcə həqiqət hiss edilir” mənasını ifadə edir.

* Samadhi- Buddizmdə insanın fövqəlhissi halı, müşahidə edənlə müşahidə edilənin birləşdiyi məqamdır


Close
Facebookda bizə qoşulun, Kitabsız qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook