Abbasqulu ağa Bakıxanov əsərləri

Gülüstani-İrəm (Birinci fəsil) – Abbasqulu ağa Bakıxanov

BİRİNÇİ FƏSİL
İSLAM DÖVLƏTİNİN ZÜHURUNDAN
ƏRƏB QOŞUNUNUN GƏLMƏSİNƏ QƏDƏR
ŞİRVAN VƏ DAĞISTAN ÖLKƏLƏRİNDƏ BAŞ VERƏN
QƏDİM HADİSƏLƏR HAQQINDA
Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin birinci yurdu Babil ölkəsi olmuşdur; Nuhun tufanı
da, burada baş vermişdir.
Məhəmməd ibni-Cərir Təbəri1
öz tarixində deyir: “Atəşpərəstlər ümumi tufana inanmırlar”. İslam tarixçilərinin
bəzisi isə ümumi tufanın Babildə, İraqda, Şamda və Yəmənə qədər olan ölkələrdə baş verməsi qənaətindədirlər.
Həmdüllah2
“Tarixi-güzidə” adlı əsərində yazır: “Bəzilərinin dediyinə görə, tufan ancaq Ərəbistan yarımadasında
olmuşdur. Çin əhalisi və türklərdən bəzisi ümumi tufanı danırlar”. Osmanlı sultanlarının nəsəblərindən bəhs edən bir
Təbəqat kitabında onların nəsli türk xanlarına və buradan da Nuha, Adəmə gedir çatır.
Ümumiyyətlə, ya tufan səbəbinə, ya da başqa bir hadisəyə görə, yaxud törəyib artdıqlarından yaşayış vəsaiti
artırmaq üçün, cənub hissəsində yaşayan bir cəmiyyət dünyanın hər yerinə [27 - 28] dağılmışdır. Bununla əlaqədar olaraq
Şərq və Şimal ölkələri Yafəs nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, İran və Rum ölkələri də
Sam silsiləsinə mənsub olmuşdur.
Hicri IX əsrin axırlarında yazılmış Rövzətüssəfa kitabına görə, cənub ərz dairəsinin 14-cü dərəcəsinə qədər,
Okyanus dənizində abad cəzirələr vardır ki, onların sakinləri də Sam nəslindəndir.
Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar, əgər bunlar tək olsaydılar, bu qədər uzaq
məsafəyə gedə bilməzdilər. Bəziləri də, Yafəsin İranın və bütün Sam nəslinin birinci padişahı olan Kəyumərsin müasiri
və türklərin ilk hökmdarı kimi tanıyırlar.
Güzidə və Xulasətüləxbar3
müəlliflərinin rəinə görə, Yafəsin səkkiz və Rövzətüssəfa müəllifinin yazdığına görə,
on bir oğlu olmuşdur:
1. Türkdür. Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər bir padişah idi. Bütün Yafəsin
qəbilələri bunun adı ilə – türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox
otlaqlar seçmişdir. Əvvəlcə ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat dərisindən çadır və otaq
düzəltdirmişdir. Bu yer Suluq adlanır, Zəfərnamədə
4
isə Suluqay şəklində qeyd edilmişdir.
Karamzin və başqalarının yazdıqlarına görə, İrtış və Yayıq çaylarının kənarlarında yaşayan türklər güclü bir
tayfa olmuşlar. Bunlar Çin və İran ölkələrinə basqın edirdilər. Miladi 580-cı ildə Qara dənizin şimal-şərq sahillərini Krım
ölkəsinə qədər istila etmişdilər. Lakin o ildə, Avar tayfası ilə etdikləri müharibə nəticəsində, bu yerlər əllərindən
çıxmışdır.
Rum qeysəri Tiberinin elçisi dost olduqlarını bildirmək [28 - 29] üçün türk xanının yanına gəlmişdi. Xan ona
dedi: “Siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz türkük, yalan
və aldatmaq bilmərik; bunu da bilməlisiniz ki, mən sizin padişahınızdan intiqam almaq üçün firsət axtarıram. O öz
dostluğu ilə məni arxayın etmək istəyir, lakin bizdən qaçan avar qullarımızı himayə edir. Deyirsiniz, sizin məmləkətə
ancaq Qafqazdan keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənərək, avarların Rum ölkəsinə haradan və
necə keçmiş olduqlarını təyin edəcəyəm, eyni zamanda sizin gücünüzü də biləcəyəm. Bilməlisiniz ki, məşriqdən məğribə
qədər bütün aləm mənim itaətimdədir.
Miladi 581-ci ildə, türk ölkəsi şərqi və qərbi deyə iki yerə bölündü. Bu ölkələrin hər ikisi müxtəlif tayfalarla olan
müharibələr nəticəsində zəif düşdü. Sonralar yenə (qüvvət tapıb) hər tərəfdən baş qaldıraraq, bütün ətrafı fitnə və fəsad
ilə doldurdular.
2. Xəzərdir. Bu da bir sıra səfər və köçərilikdən sonra öz qəbiləsilə Atil çayı kənarında yerləşib, bir şəhər salmış
və balıq ovu ilə məşğul olmuşdur. Arıdan bal hasil etməyi buna nisbət verirlər. Deyirlər ki, Xəzərin bir oğlu ölür, onun
cənazəsini qəbilə yığıncağında çalğı ilə – suyun ziddi olan odda – yandırır (Xəzər bununla sudan intiqam almaq istəyir),
çünki atası Yafəs dənizdə batmışdı.
1
Məhəmməd ibni Cərur Təbəri – IX əsrin ən məşhur tarixçisidir. Hicri 224-cü (=838/39) ikdə Təbəristanın Amül şəhərində anadan olmuş və 310-cu
(=923) ildə Bağdadda vəfat etmişdir. “Tarizülüməm vəlmüluk” və eyni zamanda “Əxbarürrüsül vəlmüluk”, “Tarixi-Cəfəri” və “Tarixi-Təbəri” adı
ilə də məihur olan əsəri ən mühüm tarixi mənbələrdən sayılır.
2
Həmdulla Mustovfi Qəzvini – elxanilər dövründə yetişən məşhur tarixçilərdən biridir. Təqribən hicri 680-cı (=1281/82)ildə anadan olmuş və 750-
ci (=1349/50)ildə vəfat etmişdir. Həmdullahbiri coğrafiyaya və ikisi tarixə aid olmaqla üç əsər yazmışdır. Bunlar da: “Hüzhətülqülub”, “Tarixigüzidə” və “Zəfərnamə” adlı əsərləridir. Onun ən mühüm əsəri “Tarixi-güzidə”sidir.
3
“Xülasətüləxbar” – Xandəmirin əsəridir. O, babasının “Rövzətüssafa” adlı əsərini ixtisar edərək “Xülasətüləxbarı” yazmışdır.
4
Sərəfəddin Əli Yəzdinin əsəridir. Teymur dövrünün tanınmış tarixçidir. Yəzd şəhərində ayadan olmuş və hicri 858-ci (=1454)ildə vəfat etmişdir
Onun yazmış olduğu “Zəfərnamə”, Teymurun tarixi hadisələrini təsbir edən mənbələr içərisində mühüm yer tutur. Teymurun tarixinə aid
“Zəfərnamə” adlı ikiəsər daha vardır. Bunlardan biri Nizaməddin Şaminin “Zəfərnamə”sidir. Bu kitab Teymur zamanında və onun əmrilə
yazılmışdır. İkinci də məşhur Əbdürrəhman Caminin bacısı oğlu Hatifinin mənzum “Zəfərnamə”sidir. Hatifi, “Teymurnamə” adı ilə də adlanan bu
əsərini Şərəfəddin Yəzdinin tarixini əsas tutaraq nəzmə çəkmişdir. 15
Xəzər tayfası türk cinsindəndir, erməni tarixləri üçüncü, Avropa tarixləri dördüncü əsrdən başlayaraq onlardan
bəhs edir. Hacı Tərxan (Həştərxan) çöllərində hunların istilası zamanı, onlar Atillanın hökmü altında olmuşlar.
D’Anvil yazır: V əsrin əvvəllərində, tatarlardan Tulun və ya Turun adlı bir əmir, özünü Xəzər xaqanı adlandırdı.
626-cı ildə Rum qeysəri Herakli, Xəzər tayfasını iranlılarla müharibəyə apardı və bu ildə xaqanı oğulluğa götürüb başına
tac qoydu.
Rum qeysəri II Yustinian Tiberidən qaçıb xaqanın yanına getdi və onun qızı ilə evləndi. Qeysər Lev də xaqanın
qızını öz oğlu Qostəntin üçün aldı. Qeysər Lev də (Xəzəri) bundan dünyaya gəldi.
Xəzərlər iki dəniz (Xəzər və Qara dəniz) arasındakı yerləri ələ keçirib, slavyanları və sair qəbilələrdən bir
çoxunu özlərinə tabe etdilər; Rum sultanları ilə dost olub Qafqaz, Ermənistan və Azərbaycan ölkələrindən keçərək, fars
və ərəb padişahları ilə müharibəyə girişdilər. [29 - 30]
Karamzinin yazdığına görə, Atil şəhəri Atil çayı kənarında olub, xaqanın paytaxtı idi. Bu şəhəri Nuşirəvan bina
etmişdir. Xəzərlər hunların və sair türk tayfalarının əksinə olaraq, tikinti işlərinə həvəskar imişlər. Don kazaklarının
mülkündə olan Sarkel qalası, Xarkov şəhəri yaxınlığındakı Xaqan adlı şəhər xarabası və Voronej ətrafındakı Xəzəriyyə
adlanan sair yerlər bunların məlum olmayan şəhərlərinin qalıqlarıdır.
Xəzərlər əvvəllərdə bütpərəst idilər. VIII əsrdə yəhudi dinini qəbul etdilər. Məsudinin rəvayətinə görə, bu dini
əvvəlcə Xəzər xaqanlarından Bula adlı biri, hicri 121-ci ildə qəbul etmişdir. hicri 243-cü (=858) ildə isə onlar xaçpərəst
dininə keçmişlər.
Əbülfida yazır: Xaqan, sultanlar nəslindən olmalı idi. Mühüm və böyük iş olmadan, onu görmək hər kəsə
mümkün olmazdı. hüzuruna gedən zaman torpağa düşmək lazım idi. Ondan icazəsiz (torpaqdan) qalxmaq, yaxına
getmək və söz söyləmək olmazdı. Xaqanların qəbirləri yanında keçərkən, atdan düşüb baş əymək lazım idi. Xaqan
mənsəb sahiblərindən hər hansına: “Get öl” desəydi, o haman saat evə gedib, özünü öldürməli idi.
Bu nəsildən fəqir və yoxsul olanlar da növbə ilə hökmranlığa çatırdılar. Eşitdim ki, bir cavan dükanda
xırdavatçılıq edirdi, xalq deyirdi ki, hazırkı xaqandan sonra taxta varis bu şəxsdir. Lakin həmin şəxs müsəlman idi, xaqan
isə yəhudi olmalı idi.
Xaqan ilə bərabər on nəfər də məhkəmə və divanda hazır olub, xalqın işinə baxmalı idilər. Bunlar da, müsəlman,
yəhudi, xaçpərəst və bütpərəst ola bilərdilər. Bu şəhər əhalisinin çoxu müsəlman və xaçpərəst, bir azı da yəhudidir.
Bunların hörmətlisi müsəlmanlar və tacirlərdir. Çox yedikləri şey düyü və balıqdır. Şəhərin ətrafı on ağac məsafəyə
qədər məhsuldar çöllərdən ibarətdir. Xarəzm malları ilə yüklü gəmilər, şəhərin ortasından axan çay ilə keçib gedir. Başqa
gəmilər də Portas ölkəsi ətrafında qiymətli qara tülkü dərisi gətirir. Çöllü tayfaların padişahları, bu dəriləri kürk və papaq
üçün baha qiymətə alırlar. Başqa ölkələrdən də qırmızı, boz və ağ rəngli tülkü dəriləri gətirilir. Bunlara “ərəbi” deyirlər.
Bu dərilər daha ucuz olub yalnız Dərbəndə, Bərdəyə və Xorasana deyil, hətta Fransaya və İspaniyaya da aparılır.
Bu şəhərin evləri ağac və qamışdandır. Xaqanın sarayı isə, çayın qərb tərəfində tikilmişdir.
Xəzər ölkəsində gözəl bağları olan İsmid adlı bir şəhər vardır. Ehtimala görə, bu sözün əsli Səməndər, ya [30 -
31] İsməndər olmuşdur. Ancaq yazarkən “y” hərfi ilə “n” hərfi qarışdırılmış və “r” hərfi də qələmdən düşmüşdür.
Dərbənddən Sərirə qədər yol boyu bağlıqdır. Burada üzüm də əmələ gəlir.
3. Rusdur. Bu adam … uzun zaman köçəri həyat sürdükdən sonra elçi göndərib, Xəzərdən oturaq yeri istədi.
Xəzər o tərəflərdəki münbit torpaqlı və sağlam havalı adaların bəzisini ona verdi. Rus “yarğu”, yəni qovğa salmağa və
ədalət tələb etməyə başladı. Ruslarda belə bir adət vardır ki, atadan qalan malın hamısını qıza verərlər, oğula isə
qılıncdan başqa bir şey verməzlər: “Sənin hissən ancaq budur” – deyərlər.
Karamzin və sair rus tarixçilərinin yazdıqlarına görə, hicri 247-ci (=862) ildə başsız və intizamsız olan şimali
Slavyan tayfasının dəvəti ilə rus nəslindən üç qardaş – bunların əhvalatı hicri 235 (=850) ildə Avropa tarixinə də
girmişdir – Baltik dənizinin o biri tərəfindən gəlib, slavyan torpaqlarında sakin oldular. Bunların böyüyü – Rurik əmirliyə
başladı və rus dövləti o zamandan etibarən əsaslandı.
Tarixlərdən və yuxarıda qeyd olunan faktlardan əlavə, bir çox əfsanələrdə Rus tayfasının göstərdiyi hünərlər,
təəcüblü işlər və Makidoniyalı İskəndərin onlara yazdığı dostluq məktubu məşhurdur.
Həzəqil peyğəmbərin kitabında 38-ci fəsildə və Ərəmya peyğəmbərin kitabında 25-ci fəsildə şərq tayfaları
sırasında Rus tayfasının da adı çəkilir, bu da onların qədim bir nəslə mənsub olduqlarını göstərir.
4. Qərrədir. Hiyləgər bir adam idi. O öz tayfası ilə bərabər Bolqarıstan ətrafında yurd salmışdı.
Onunla Türk arasında şiddətli müharibə baş verdi. Bu müharibədə Qərrənin oğlu Beyğur öldürüldü. Deyirlər ki,
bunların nəsli arasında indi də çəkişmə davam edir. Moisey Xorenskinin yazdığına görə, Bolqar tayfasının adı tarix
kitablarında miladdan yüz il əvvəl söylənməkdədir.
5. Kamaridir. Buna Kamak da deyilir. Bu xoştəbiət və ovçuluğu sevən bir şəxs idi. 0 indi Bolqar adlanan yerə
gəlib yurd saldı. Onun Bolqar və Pərtas adlı iki oğlu oldu. Bunlar da qəbilə sahibi oldular. Qumuq tayfası bu nəsildən
ayrılmışdır və adları da, ehtimal ki, Kamak sözündən alınmışdır. Bətləmyus da bu tayfanı həmin yerlərdə Kam və Kamak
adları ilə qeyd edir.
6. Səqlabdır. Bununda böyük bir qəbiləsi var idi. Yer ələ keçirmək üçün səfərə çıxardı. Onun bir oğlu oldu,
anası vəfat etdiyi üçün it südü ilə bəsləndi. Böyüdükdən sonra it kimi insanlara hücum edərdi. Atası öz qohumlarından
ona bir qız aldı. [31 - 32] Bundan Səqlab adlı bir oğlu oldu. Bu da böyüyüb qəbilə rəisi olduqda, elçilər göndərib, Rus və
Xəzərdən oturaq yeri istədi. Səqlabın qəbiləsi çox olduğu üçün onun tələbini rədd etdilər. İş müharibə ilə nəticələndi. 16
Səqlab basılıb şimala doğru çəkiddi və 64 ərz dərəçəsində yurd saldı. Buralar çox soyuq olduğundan yeraltı evlər
düzəltdilər.
7. Çindir. Yafəs tərəfindən onun adına saldırılan bir şəhərdə sakin olurdu. Növbənöv sənətlər: ipəyin kəşfi,
qumaş toxumaq, rəng düzültmək, nəqqaşlıq, müşk əldə etmək və bir çox başqa şeyləri guya bu içad etmişdir.
8. Bariçdir. Frənk tayfası və rumlardan bəziləri ona mənsubdur.
9. Məsəkdir. Moğol və Yəcuc nəsli ondandır. Yafəsin başqa övladı haqqında heç bir məlumat yoxdur.
Musanın “Tövrat”ına görə də, Yafəsin Kamir, Makuk, Madi, Yavan, Elisa, Fuvel, Mosoq və Firas adlı səkkiz
övladı vardı.
Makuk ərəbcə həmin Məcucdur. Kamir, Mosoq həmin Kamari və Məsək ola bilər.
Müəllif deyir: Cənub və şimal tayfalarından bir çoxunun dilində bəzi fellər və əsli isimlərin uyğunluğu onların
bir nəsldən odduğuna dəlalət edir. İnsan nəsli hər halda ilk dövrlərdə vəhşi, çılpaq və cənub tərəflərində sakin olmuşdur.
Aşkar məsələdir ki, münasib libas, isti mənzil və azuqə olmadan onlar şimal tərəflərində yaşaya bilməzdilər. Tədriclə
yaşayış vəsaiti düzəldi, qəbilələrin çoxluğu üzündən zəxirə tələbinə, heyvanat ovlamağa və mal-qara üçün geniş otlaqlara
ehtiyac artdı. Bu zaman bunlar şimala doğru üz tutdular. Onların yolları da, əksəriyyətlə, Qafqaz ölkəsindən və xüsusilə,
Şirvan və Dağıstan vilayətlərindən olmuşdur. O zaman gəmi olmadığı üçün dənizlərdən qərbə keçmək çətin idi. Şərq
tərəfdən də Qıpçağın susuz və meşəsiz çöllərindən keçmək mümkün deyildi. Bu ölkənin bol çeşməli, çaylı və otlaqlı
çölləri, meyvə ağacları və meşələri olan isti dərələri vardır. Bu hal o dövrlərdə yaşayan vəhşi xasiyyətli tayfaların bu
yerlərdən keçib getmələri və yurd salmaları üçün daha əlverişli idi.
Tarixçilərin çoxunun qeydinə görə, çox qədim dövrlərdən bəri İran şahları və başqaları fəth və səyahət fikri, ya
da düşməndən qaçıb qurtarmaq məqsədilə, bu əcaib ölkəsi olan Qafqaza pənah gətirərdilər. Xüsusilə, Şirvan vilayəti
cənub və şimal tayfalarının ardı-arası kəsilməyən hücum və müharibələrindən xilas ola bilməmişdir. Qədim Suriyanın və
Babilistan dövlətlərinin tarixlərində Qafqaz haqqında açıq və aydın [32 - 33] məlumat yoxdur. Lakin İran tarixlərində
söylənir ki, Pişdadiyan sülaləsindən Fərrüx oğlu Fridun və Kəyan padişahlarının sülalə başçısı Keyqubad uşaqlıq
zamanında düşmənlərindən gizlənib, Əlbürz – Qafqaz dağlarında və düzlərində yaşayırdılar. Fridunu Dəmirçi Kavə və
Keyqubadı da zabilistanlı Rüstəm gəlib aparmış və İranın səltənət taxtına oturtmuşlar.
Fars tarixçiləri deyirlər ki, Fridun bütün dünyanın padişahı idi və ölkəsini üç oğlu arasında bölmüşdü: qərb
tərəflərini Səlmə, şərq ölkələrini Turə və orta tərəflərini də vəliəhdi olan İrəcə (İrək sözünün ərəbcələşmişidir)
verilmişdir. Bir qədər keçdikdən sonra, Səlm ilə Tur İrəçə paxıllıq edərək, onu məşvərət və görüş bəhanəsilə dəvət edib
Qarabağın yaxınlığında öldürdülər. O zamandan sonra nəsli arasında ədavət düşmüşdü. Ölkənin şərq tərəfləri Turan və
orta tərəfləri İran adlanmışdır. İstəxr-Farsın yaxınlığında indi də İrəc adlı bir yer vardır. Miladdan təqribən 700 il əvvəl,
Qrek tayfası və xüsusilə miletlilər Qara dənizin şimal-şərq sahilində Tanais, Fanaqoriya, hirmonas və Dioskuriya
şəhərlərini bina edib, Qafqazın müxtəlif əhalisi ilə ticarət əlaqəsi saxlamağa başlamışdılar.
Miladdan təqribən 400 il əvvəl yaşamış yunan tarixçisi herodotun yazdığına görə, Kimmeriyan tayfası skiflərdən
qaçıb Asiyadakı Lidiya ölkəsini ələ keçirmişdi. Skiflər miladdan 633 il əvvəl onları təqib edib iyirmi səkkiz illik istiladan
sonra Avropaya qayıtdılar. Məlumdur ki, bunlar Qafqaz ölkəsindən gəlib keçmişlər, ilk fəthləri və son istilaları da bu
ölkədə olmuşdur. Bu cəhətdən Şirvan və Dağıstan vilayətlərində qrek və skiflərin qədim asarından bir çoxunun nişanələri
indi də mövcuddur.
Herodotun yazdığına görə, Kəyan padişahlarından Keyxosrovun massaket skifləri və onların məlikəsi Tomirisə
qarşı açdığı müharibə Albaniyada olmuşdur. O, (herodot) belə deyir: Kirus Arazdan keçib, ona qovuşan Kür çayına
maniəsiz olaraq gəlib çatdı. Oradan da cəsarətlə bir dar dərənin içərisinə soxuldu. Burada dağ əhalisi onu məğlub edib,
bütün qoşunu ilə məhv etdilər. Avropa və Asiya tarixçiləri Keyxosrovun aqibəti və onun dağa çəkilib qeyb olması
haqqında müxtəlif fikirlər yürüdürlər. Şeyx Nizami Gəncəvinin də mağara haqqında və Keyxosrovun Dərbənd
yaxınlığındakı bir dağda saxlanan qızıl taxtı barədə yazıları vardır. Bunlar yuxarıda qeyd edilən iddialarla da uyğun gəlir.
Xülasə, bəzilərinin zənn etdiyi kimi, əgər Keyxosrov Arazdan keçdikdən sonra Gürcüstana hərəkət etmək istəsəydi, o
zaman iki [33 - 34] çayın (Kür və Araz) qovşağı olan Cavad keçidinə gəlməzdi. Bundan anlaşılır ki, o, Albaniyaya səfər
etmişdir. Bu hadisə, ehtimal ki, Rubas çayı dəhnəsindən başlayan, Təbərsərandan keçən, Dərvaq və Qaytağa gedən çox
çətin keçidli bir dar dərədə vaqe olmuşdur. Qədim kitablarda məşhur olan “Sur dərəsi” ola bilsin ki, bu dərədir. Bunun
belə adlanması da Dərbənddən uzanan sədd münasibətilə ola bilər, çünki “sur” ərəbcə “hasar” deməkdir. Ola bilsin ki, bu
dərə “Sul qapısı”nın və yaxud Dərbəndin üç ağaclığında, bu dərənin dəhnəsinə yaxın bir yerdə, Nuşirəvanın bina
etdirdiyi “Sul şəhəri”nin adı ilə adlanmış olsun. Zaman keçdikcə “l” dönüb “r” olmuşdur. Ola bilsin ki, Keyxosrov Sürhi
mahalının dar dərələrindən birində, Qaytaq, Aqquşa və Qaziqumuqun bir çox tayfaları tərəfindən öldürülmüşdür; çünki
“Sur” adı “hi” sözü əlavəsilə indi də bu mahalın adıdır. Bəzi tarixçilər yazırlar ki, guya Keyxosrov Gəncə qalası
yaxınlığında məğlub edilmişdir; bu qeyd həqiqətdən uzaqdır; çünki burada yer düz və hamar olub heç bir dar dərə
yoxdur.
Məhəmməd ibni-Xandşah (Mirxond) “Rövzətüssəfa” da, Xandəmir “Xülasətüləxbar” da və sair tarixçilər
yazırlar ki, Güştasib Rum ölkəsindən qayıtdıqdan sonra, atasının yerində səltənət taxtına oturdu və İran paytaxtını
Bəlxdən özü bina etdirdiyi İstəxr şəhərinə köçürtdü. O, İranda Zərdüşt dinini yaydı və bir adam göndərib, türklərin
hakimi Ərcasibi də bu dinə dəvət etdi. Buna görə, indiyə qədər bir dində olan iki tayfa arasında müxalifət və ziddiyyət
törədi. Ərcasib hədsiz qoşunla İrana hərəkət etdi. Güştasib öz rəşadətli oğlu İsfəndiyar ilə qarşıya çıxdı, türklər məğlub 17
oldular. (Güştasib) özü Farsistana döndü, İsfəndiyarı isə Ermənistan və Azərbaycanı zəbt etməyə göndərdi. Ərcasib
ikinçi dəfə olaraq İrana səfər etdi. İsfəndiyar yenə onu məğlub etdi və türk ölkələrinə soxularaq çoxlu qələbələrə nail
oldu. Güştasib ömrünün axırlarında hökmranlıqı İsfəndiyarın oğlu Bəhmənə tapşırdı, özü isə dünyadan əl çəkdi.
Ölkələr fəth etmək, Qafqaz üzərinə qoşun yüyürtmək, Ruma səyahət, Zərdüşt dinini qəbul etmək və İstəxr
şəhərinin binasını qoymaq kimi hadisələrə baxılarsa, Kirus adının Keyxosrovdan ziyadə Güştasibə verilməsi daha
münasib olar; lakin xəbərlərin dolaşıq olması və mənbələrin azlığı üzündən onu ayırd etmək çox çətindir.
Karamzinin yazdığına görə, İran padişahı Dara Ermənistanda, Azərbaycanda və bu ölkələr ətrafında qətl-qarətlə
məşğul olan Skif tayfasını cəzalandırmaq üçün çoxlu qoşunla [34 - 35] onların ucsuz-bucaqsız çöllərinə yeridi. Lakin o,
heç bir iş görə bilmədi, hətta az qaldı ki, qoşunu da tamamilə məhv olsun.
İskəndərnamə adı ilə məşhur və tarixi bir əfsanədən ibarət olan farsca qədim bir kitabda yazılmışdır: İskəndər,
səfəri əsnasında Bakıya gəlir. O əsrin qəhrəmanlarından sayılan bakılı Sədan şəhəri bəzəyib və əhali ilə onu qarşılayır.
İskəndəri şəhərə gətirib ona lazımi xidmət göstərir. Sədan İskəndər qoşununun yaxşı atlara ehtiyacı olduğunu bilib bu
tərəflərdə Xəzranguh adlanan yerdə Firuz adlı bir qoçanın hədsiz ilxısı olduğuna ona xəbər verər. Bu ilxı keçmişdə
Bəhmən şahın olmuşdur. İlxı Firuzun ixtiyarına keçdikdən sonra, hümay və Dara nə qədər istədilərsə də, o vermədi.
İskəndər Badpay adlı bir nəfəri gizlicə göndərdi ki, Firuzun vəziyyətindən xəbər tutsun. Badpay gedib gördü ki, o dağın
ətəklərində rəng-bərəng çadırlar qurulmuşdur. Bunların arasında çin atlazından bir çadır qurulmuş və bir qədər camaat
onun ətrafına toplanmışdır. Çadırda, turanlı qırmızısaqqal bir qoca oturmuşdu ; onun əynində pələnk dərisindən bir
qaftan, başında isə, dövrəsi qızıl zəncirdə tikili bəbr dərisindən bir papaq və qarşısındada böyük bir əsa vardır.
Xülasə, ertəsi gün, Firuz topladığı qırx min qoşunla İskəndərlə müharibəyə çıxdı. O, İskəndərin şövkət və
əzəmətindən xəbərdar olunca, təslim olaraq ilxını gətirdib təhvil verdi. Yenə o kitabda yazılmışdır ki, İskəndər böyük bir
yunan şəhərinə çatdı. Əhali təslim olmaq istəmədiyindən, İskəndər bu şəhəri xarab etmək istədi. Şəhər dəniz səthindən
aşağıda idi, lakin orada dağdan bir hail var idi. Ərəstu hikmət üzrə 700 batman miqdarında bir cüt yağ düzəldi. Bu yağ,
daşı əhəng kimi əritdi. Bu qayda ilə suyun yolunu açdılar və şəhəri batırdılar. Xilas olanların bəzisi Gilan şəhərinin
binasını qoydu.
Müəllif deyir: Bu kitabın sözünə inanmaq olmasa da, ola bilər ki, bir zaman belə bir hadisə başqa bir şəkildə üz
vermiş olsun. İran əhalisi bir çox böyük və mühüm hadisələri İskəndərə isnad etdiklərindən, bunu da ona isnad verirlər.
İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda daşlar üzərində dənizə
doğru gedən araba yolları görünür. Bakışəhərində Hacı Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları
zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. Bakı ilə Səlyan arasında da, dəniz sahilində təxminən
səkkiz çoğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır. Quba qəzasında olan Müskür [35 - 36] mahalında, Samur
çayından başlamış Şabran mahalına qədər, dəniz sahilindən təqribən iki ağac aralı, məşhur bir təpə uzanır. Xalqın
dediyindən və dənizin əlamətlərindən aşkar körünür ki, bu yerlərdə bir zaman dəniz olmuşdur. Yuxarıda qeyd edildiyi
kimi, şəhəri batırmaq üçün suyun buraxılması bu dənizin səthini aşağı salmış və onu Cürcan dənizi ilə birləşdirmişdir.
Belə bir hal (yəni təpə silsiləsi), Qumuq ölkəsinin dəniz sahilindəki bəzi yerlərində də müşahidə olunur. Atil çayı
qolları və axmazlarının çoxluğu da bu ehtimala qüvvət verir. Məsalikülməmalik1
, Məcməülbüldan müəllifləri və sair
tarixçilər yazırlar ki, quranda adı çəkilən Məcməülbəhreyn (iki dəniz qovşağı) Şirvan vilayətində olmuşdur. Musa və
Xızır peyqəmbərlərin səxrəsi (qayası) də oradadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində
1
ola bilər.
Bakıdan türkmən sahillərinə quru yol getdiyi xalq arasında çox məşhurdur. Şərq sahillərində yaşayan əhali, at
belində buraya (Bakıya) çapqına gələrmişlər. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən burclərdən,
hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum
olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər
yenə zahirə çıxsın.
Yadımdadır, qırx il bundan əvvəl Bakı qalasının divarı iki arşın qədər suyun içində idi; sonralar tədriclə, xüsusən
bu dörd-beş ildə dənizin səthi təqribən üç şah arşını aşağı enmiş və yenə də enməkdədir. Lakin yuxarıda söylənən
əlamətləri buna nisbət vermək və hər halda qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı tədqiqat və
mülahizələrdən asılıdır.
Şeyx Nizami öz mənzum İskəndərnaməsində deyir: İskəndər, fütuhatı əsnasında Ermənistana gəlir. Bu yerin
əhalisi atəşpərəst imiş. İskəndər şikar edərək Bərdə mülkünə keçir. Bərdə şəhərinin xarabaları Qarabağ ölkəsində, Kür
çayı sahili yaxınlığında, indi də mövcuddur. Bu şəhəri Pişdadiyan sülaləsindən Fridun bina etmişdir. Nuşabə adlı bir
qadın buranın hökmdarı imiş. Onun böyük şövkət və cəlalı varmış. O, qonaqpərəstlikdə səhlənkarlıq etməyib lazım gələn
hər bir şeyi [36 - 37] tədarük edər, ardı kəsilmədən İskəndərin ordusuna göndərərmiş. İskəndər Nuşabənin camal və
kəmalının tərifini çox eşitmiş olduğundan, libasını dəyişdirərək elçi sifətilə onun yanına gedir. Nuşabə işin təhərindən
onu tanıyır, təzim və mehmannəvazlıq mərasimini yerinə yetirir. Aman və himayə barəsində ondan əhd-peyman alır.
İskəndər öz ordukahına qayıtdıqdan sonra, Nuşabə gecə-gündüz onun barigahında qalır. İskəndərin Nuşabəyə olan
məhəbbəti daha da möhkəmləşir. İskəndər oradan Əlbürz (Qafqaza) hərəkət edir. Şirvandan ötüb Dərbənd keçidinə çatır.
1
“Kitabi-Məsalikülməmalik” – hicri III (IX) yetişən məşhur ərəb coğrafiyaçısı İstəxrinin əsəridir. Cografiyaya aid “Kitabülməsalik vəlməmalik”
adlı iki kitab daha vardır ki, biri İbn-Xordadbeh, ikincisi də İbn-Hovqəl tərəindən yazılmışdır.
1
Xalq arasında “Xızır-zində”şəklində tələffüz olunyr. 18
Burada hələ şəhər yox idi. Dağ üzərində möhkəm və dar bir yerdə çox varlı və dövlətli bir qala vardı. Bu qalada bir neçə
nəfər yaşayırdı, bunlar yoldan keçənlərə mane olurdular. İskəndər təslim olmağı onlara dəfələrlə təklif etdi, onlar rədd
etdilər. Buna görə, hücum edərək oranı dağıtmağı hökm etdi. Bu yer o qədər möhkəm idi ki, bütün qoşun qırx gün qırx
gecə çalışdı, bir iş görə bilmədi. Ancaq axırda qalanın əhli təngə gəlib təslim oldu. İskəndər onlara başqa yer verib qalanı
təmir etdirdi və orada bir qədər qoşun qoydu.
Bu zaman o dağlıq yerlərin yaxınlığında yaşayan əhali İskəndərə şikayətə gəlib dedilər: Qıpçağın vəhşi
xasiyyətli əhalisi bu yerləri xərabəzarə döndərir. Onlar xahiş etdilər ki, bu dağın gədiklərində bir sədd çəkilsin. İskəndər
çoxlu işçi toplayıb, bu gədikləri bərkitmək üçün, o darısğal dağda daşdan bir sədd çəkməyə əmr verdi.
Qayıtdığı zaman birinci mənzildə ona dedilər ki, bu ətrafda Sərir adlı çox gözəl və mükəmməl bir qala vardır.
Keyxosrovun taxtı, tacı və qəbri burada bir mağaranın içərisindədir. Onun nəslindən bir şahzadə bu yerin əmiridir.
İskəndər Keyxosrovun taxtı olan qalaya getdi. Bu qalaya “dərvaza” da deyirlər. Səririn əmiri onu qarşıladı; İskəndər
buradakı qızıl taxtı, mağaranı, dağları və bir çox qəribə şeylər gördü. Oradan çölə qayıdıb bir həftə ovla məşğul oldu.
Sonra Rudbar yolu ilə Xalxala, oradan Gilana və daha sonra Rey mülkünə getdi.
Mavəraünnəhrdə şəhərləri bərpa etməkdə ikən, ona xəbər çatdı ki, Rus tayfası Qıpçaq əhalisilə bərabər, saysızhesabsız bir miqdarda, Dərbənd və onun ətrafına yol tapmışlar… Bərdə şəhərini alıb Nuşabəni də, bütün qızlar ilə bir
yerdə, əsir aparmışlar. İskəndər oradan külli qoşunla hərəkət edib Xarəzm yolu ilə Qıpçaq çölünə gəldi. Bu elkənin gözəl
qadınları naməhrəmdən üzlərini örtmürdülər. İskəndər geniş bir çöldə, böyük bir su kənarında düşdü. [37 38]
Rus əmiri Kontal Rus, Aysu, Portas, Peçensq, Alan, İlaq və Xəzərdən ibarət yeddi tayfadan topladığı 900.000
artıq bir qoşunla İskəndəri qarşıladı. Bir neçə gün çox şiddətli müharibə getdi, nəticədə İskəndər qalib gəldi. Kontal on
bir nəfərlə əsir düşüb sülh etdi. Nuşabəni və sair əsirləri çoxlu şeylə bərabər geri qaytardı. İskəndər xərac qoyduqdan
sonra Kontalı sair əsirlərlə bərabər azad edib geri qayıtdı.
Kvint Kurtsi2
, təqribən dörd yüz il İskəndərdən sonra yazdığı tarix kitabında bu hadisələrin çoxunu bir qədər
dəyişdirərək başqa şəkildə göstərir: Nuşabə, ehtimal ki, İskəndərə məhəbbət yetirən və onun ordusuna gələn Amazon
məlikəsi imiş. Böyüksu Atil və ya Don çayıdır. Skif həmin yeddi tayfadan ibarət olmalıdır; çünki qədim tarixçilər bütün
şimal əhalisinin skif adlandırırdılar. Dərbənd qalası həmin qalaçadır ki, fəthi başqa bir şəkildə yazılmışdır.
Dərbəndnamə və sair kitablarda da İskəndərin Dərbənd səddini təmir etməsi haqqında izahat verilmişdir.
Dərbənd, xalq arasında indi də “Səddi-İskəndər” adı ilə məşhurdur. Diqqətlə baxılsa Quranda da bu məsələ qeyd
edilmişdir. Qurandakı ayələrin məzmunu belədir: “Zülqərneyn yola düşüb getdi, günəşin batdığı yerə çatdı. Gördü günəş
isti bir bulağa batır; yenə yol alıb günəşin doğduğu yerə çatdı. Burada günəş bir xalqın üzərinə düşürdü, onların günəşə
qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam etdi, iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında söz
qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə
xərac versək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?” İskəndər cavab verdi: allahın mənə verdiyi dövlət
kifayətdir. Sonra o, işçilər və dəmir parçaları tələb etdi. Bir-birinə müqabil iki nüqtənin arasında bir sədd çəkildi. Onlar (
Yəcuc və Məcuc) bu səddin üzərinə çıxa bilmədilər və onu deşməyi də bacarmadılar.
Bir çox təfsirçilərin və məşhur tarixçilərin yazdıqlarına görə, Zülqərneyn Rum, İran və ya Məğrib və Məşriqin
padişahı olan Makidoniyalı İskəndərdir. O, Afrikanı və Qıpçaq çölünü fəth etmişdi. Deyirlər ki, onun tacında iki buynuz
vardır, bu da iki cıqqaya işarə ola bilər. Bulaq da, su axınından ibarət olub, qərbi Okyanus dənizinə işarədir, Mədarisərətanə yaxın olduğundan [38 - 39] burada hava isti və dənizin suyu axmaqdadır.
Yunan tarixçilərinin yazdıqları kimi, İskəndərin Məğribzəmində ucsuz-bucaqsız qumsal və isti çöllərdən keçərək
Yupiter məbədinə getməsi də bu mətləbi təsdiq edir. Qıpcağın çılpaq çöllərində yaşayan vəhşi əhalinin həqiqətən
günəşdən qorunmaq üçün heç bir imarət, meşə və bağları yox idi. Qərb ilə şərq arasında keçən ücüncü yol, şimala doğru
getməlidir; çünki cənuba doğru gedərsə qarşıya okean çıxar. İki sədd – Ermənistan və Azərbaycanın iki sıra dağlarından
və Xəzər ilə Qara dənizdən ibarətdir. Dil bilməyənlər isə Qafqazın cənub tərəflərində yaşayan xalqlardır. Dillərinin
qəribəliyi, çoxluğu və ya inkişaf etməməsi üzündən onları anlamaq mümkün deyil. Yəcuc və Məcuc Yafəs nəslindən
olub, şimalda yaşayan vəhşi və qarətkar tayfalardan ibarətdir. Deyirlər ki, Yəcuc türklərdən, Məcuc isə dağlılardandır.
Bu məsələni tövratın təfsiri də təsdiq edib deyir: Skif tayfası, Yafəsin oğlu Məcuc nəslindən nəşət etmişdir,
bunlar Qafqaz dağının ətəyində sakindirlər; skiflərin burada Məcuc adlı bir şəhəri də var imiş, ona Yaropol da
deyərlərmiş. Yəcuc İsrail övladından birinin adıdır; cadugərlər padişahının adı da Yəcuc idi.
Eronim və başqalarının təfsirinə görə, Məcuc Kaspi, yəni Xəzər dənizinin sahilləri yaxınlığında, Yəcuc isə
bunlardan daha uzaqda, şimalda yaşayırlarmış. hər iki tayfa skif hesab olunur. Sədd də Dərbəndin həmin hasarıdır, ona
külli dəmir işlədilmişdir. İki müqabil olan nüqtə də Xəzər dənizi və Qaytaq dağlarıdır, yaxud da – Xəzər ilə Qara
dənizdir…
Müəllif deyir: Madam ki, İskəndərin Ermənistana və Gilana gəlməsi, Venedik dənizindən Qanq çayına qədər və
cənubi Okyanus dənizindən Qara dənizə və Xəzər dənizinə qədər ölkələri istila etməsi isbat edilmişdir, o zaman, bu
yerlərə yaxın olub və keçmişdə bir çoxları tərəfindən dünyanın axırı sayılan və İskəndərin qəribəliklər yurdu adlanan
Qafqaza gəlməsi, İranı, şimalın vəhşi tayfaları şərrindən qorumaq üçün bir sədd çəkdirməsi, ya da başqa tədbirlər
görməsi təəcüblü və ağıldan uzaq bir məsələ deyildir. İslam və erməni tarixçilərindən bir çoxunun verdiyi məlumat…
2
Kvint Kurtsi – Roma Tarixçisidir, ehtimala görə, I əsrdə yaşamışdır. Yunan mənbələrinə əsasən Makidoniyalıİskəndərin tarixini yazmışdır. 19
sədd xarabalarının varlığı və xalq arasındakı şöhrəti, başqa əlamətlər və Kvint Kurtsinin coğrafi cəhətdən rabitəsiz olsa
da – İskəndərin Qafqaza gəlməsi haqqındakı bəyanatı, onun bu ölkəyə (Qafqaza) gəlməsini və səddin onun əmrilə
tikilməsini aydın bir surətdə göstərir. [39 - 40]
Bəzi tarixçilər və alimlər bu xüsusda şübhələnmişlər; onlar dünyanın vəziyyətindən lazımi dərəcədə xəbərdar
olmadıqları və öz təsəvvürlərini başqalarının fikri ilə qarışdırdıqları üçün belə olmuşdur. Buna görə də, əxbar kitablarını
və tarixi əsərləri qarışıq bir hala salmışlar. Misal olaraq bir neçə nümunə göstərmək olar: Katib Cələbi “Cahannüma” adlı
əsərində deyir ki, aparılan tədqiqata görə, Makidoniyalı İskəndər Zülqərneyi deyildir. O, (Zülqərneyn) İbrahim
(peyğəmbər) ilə müasir olub, Yəmən himyərilərindən bir padişah idi. Zülqərneyn dünyanın şərq və qərbini dolandı və
səddi dünyanın sonunda bina etdi. Bu bina, ehtimala görə, şimal-şərq tərəfdə bəlli olmayan bir yerdədir. Dərbənd səddi
haqqında da deyir: bu, İskəndərin səddi ola bilməz; çünki Nuşirəvan bu səddi Şirvan, Ermənistan və Azərbaycan
vilayətlərində qətl və qarət ilə məşğul olan Xəzər tayfasının və sair türklərin qarşısını almaq üçün bina etdirmişdi. Fars
padişahları daimi onlarla müharibə edirdilər. Deyirlər ki, onu əvvəlcə Güştasib oğlu İsfəndiyar bina etmişdi.
Nüzhətülqülub müəllifi səddin bina edilməsini Güştasibin atası Lührasibə nisbət verir və onun Nuşirəvan tərəfindən
ancaq təzələndiyini bildirir. Katib Cələbi kimi bir alimin fikrinə təəcüb etməlidir. O öz iddiasının doğruluğuna heç bir
dəlil və sübut gətirmədən bu məsələni açıq-açığına inkar edir; İmam Fəxrəddin Razi1
, Qazi Beyzavi2
və başqaları
Makidoniyalı İskəndərə Zülqərneyn və Dərbənd hasarına da Yəcuc və Məcuc səddi dedikləri üçün onların fikrini doğru
hesab etmir. Bunu təsəvvür etmir ki, səddin binası Nuşirəvandan əvvəl İsfəndiyara nisbət verildiyi kimi, İskəndərə də
nisbət verilə bilər. Fərz edək ki, onu Zülqərneyn himyəri bina etmiş və sonra dağılmışdır. İskəndərin yenə onu təmir
etməsi ağıldan uzaq deyildir. Çünki İbrahimin peyğəmbərliyə çatması hicrətdən 2543 il əvvəl, İskəndərin taxta oturması
isə hicrətdən 958 il əvvəl vaqe olmuşdur. Arada 1500 ildən [40 - 41] artıq bir müddət vardır. Yenə ehtimal ki, bu
padişahlardan hər biri, vadilərdə və dağlarda binalar tikdirmiş və ya xaraba qalanları təmir etdirmişdir. Nuşirəvan isə
indiki hasarın (Dərbənd səddinin) hamısını sonradan tikdirmişdir.
O (Katib Çələbi), fəsadçı, soyğunçu və vəhşi türk tayfalarını Yəcuc və Məcuc adlandırmaq istəmir, çünki bəzi
tarixçilərin isnad etdikləri əsassız nişanələr onlarda yoxdur. Ola bilər, onlar bunu yalnız kinayə yolu ilə söyləmişlər.
Mövcud səddi burada qoyub, əsla olmayan bir mövhum səddi göstərir. Plutarx1
və Strabonun yazdıqlarına görə,
Albaniyadan Pompeyə qarşı göndərilən qoşunun miqdarını nəzərə aldıqda, təsəvvür etmək olar ki, Albaniya İsanın
anadan olmasından təqribən 65 il əvvəl əzəmətli və qüvvətli bir devlət imiş. Pompey Pont padişahı Mitridadı məğlub və
Ermənistan padişahı Tiqranı özünə tabe edən Roma sərdarlarından birincisidir. Pompey öz qoşunu ilə Qafqaz
dağlarından keçərək Qara dənizin şimal-şərq tərəflərinə gedən Mitridadı təqib etmək istəyir. O bu məqsədlə albanlardan
və iveriyalılardan yol istədi, onlar da birinci dəfə onun tələbini qəbul etdilər. Lakin qış olduğundan Pompey Kürün
kənarında qışladı. Bu zaman albanlar qırx min nəfərlə gözlənmədən onunla müharibəyə gəldilər. Pompey albanların
çaydan keçməsinə mane ola bilərdi, lakin keçincəyə qədər onlara hücum etmədi. Albanlar Kür çayını keçdikdən sonra,
Pompey müharibəyə başladı və onları yaman bir halda məğlub etdi. Bu əhvalatdan sonra, Albaniya padişahı Orizi çarəsiz
qalıb, barışıq istədi və buna da nail oldu.
Pompey qarşısına qoyduğu səfərə davam etdi. Kolxidaya çatdıqda ona xəbər verdilər ki, albanlar birinci dəfə
olaraq toplaşmışlar. O (Pompey), getdiyi yol ilə geri qayıtdı. Kürü və Kür ilə Araz çayı arasındakı susuz çölləri və çətin
yolları keçdikdən sonra, Abaza çayı kənarında 60 min piyada və 12 min süvaridən ibarət Albaniya qoşununa rast gəldi.
İkinci dəfə, onları məğlub etdi. Qoşun sərdarı olan Albaniya padişahının oğlu Kozisi də öz əlilə öldürdü. Pompey
albanları oradan üç günlük məsafədə olan dəniz sahilinə qədər təqib etmək istəyirdi. Lakin bu nahiyədə olan çoxlu
zəhərli ilan onun yürüşünə mane oldu. O, buradan Kiçik Ermənistana qayıtdı. Qeysər ləqəbi daşıyan Roma
imperatorlarının ilk [41 - 42] hökmdarlıqları dövründə albanlar İveriya sultanlarilə müttəfiq idilər. Onlar Ermənistan
vilayətləri uğrunda parfyanlarla – yəni Kürdüstan tayfası ilə – romalılar arasında gedən çəkişmələrə müdaxilə edirdilər. O
dövrün hadisələrini qeyd edən tarixçi Tatsitin2
yazdıqlarından ən məşhuru budur: Qeysər Tiberi öz səltənəti zamanında
İveriyada səltənət sürən Farazmanın qardaşı Mitridadı Ermənistan əyalətinə təyin etdi. Lakin Ermənistan səltənətinə göz
tikmiş parfyan padişahı Artaban bu işə razı deyildi. Farazman, albanlarla bərabər Mitridada kömək edirdi. Dağıstan,
Şirvan və indiki Gəncə mülkü adlanan Qarabağ dərəsi yolu ilə Sərmat tayfasından onun köməyinə qoşun gətirdilər, bu iş
yaxşı nətiçə verdi. İran vilayətlərindən bir çoxu Parfyan və Ermənistan sultanlarının əlində idi; Albaniya da ermənilərin
ixtiyarında və istilası altında idi.
Erməni tarixçisi Çamçiyan deyir: Ermənistan padişahı Artaşes Sanatruk oğlu, miladın 88-ci ilində Alan, yəni
Muğan səhrasında birləşmiş Alan, Dağıstan, Kuhistan iveriyalıların bəzisi ilə müharibəyə girişərək onlara qalib gəldi.
1
Fəxrəddin Razi – Şərqdə yetişən böyük alim və filosoflardan biridir. Hicri 554-cü (=1159) ildə Rey şəhərində anadan olmuş və 606 ci (=1209/10)
ildə Heratda vəfat etmişdir. Müxtəlif elmlərə aid bir çox əsərlər yazmısdır.
2
Qazi Beyzavi – tarixçi olmaqdan artıq bir təfsirçi kimi şöhrət tapan Beyzavi, İranin Beza şəhərində anadan olmuş və hicri 685-ci (=1286/87) və ya
691-ci (=1291/92) ildə vəfat etmişdir. Müxtəlif mövzularda yazmış bir çox əsəri vardır. Əsərlərini ərəb dilində yazan Beyzavi, yalnız
“Nizamyttəvarix” adlı tarix kitabını fars dilində yazmışdır. Bu kitab, dünyanın yaradılışından hiçri 674-cü (=1275) ilə qədər olan hadisələri təsvir
edir.
1
Plutarx – məşhur yunan tarixçisudir, 46-ci ildə anadan olmuş və 120-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru “Müqayisəli tərcümeyihallar” adlı kitabıdır.
2
Tatsit – məşhur Roma tarixçilərindəndir, I əsrin ikinci yarısında anadan olmuş və II əsrin birinci rübündə vəfat etmişdir. 20
Alan padişahının oğlu Saten əsir alındı. Erməni qoşunundan bir dəstə Kürün sol tərəfinə də keçmişdi. Alan padişahı sülh
etmək istərdi. Onun qızı Satenek Kürün kənarına gəlib, çayın o biri kənarında olan Artaşes isə mütərcim vasitəsilə
danışığa başladı və dedi: “Ey ağıllı və güclü padişah! Rəva deyildir ki, qardaşımın öldürülməsi üzündən iki şövkətli və
əzəmətli padişah arasında daimi ədavət düşsün”. Artaşes (bunu eşidib) Kürdən keçdi, üz-üzə onunla danışığa başladı,
onun kamal və camalına aşiq oldu. Sonra öz qoşununun sərdarı Sumbatı, qızın atası Alan padişahının yanına elçiliyə
göndərdi. Qohumluq baş tutdu, Saten azad edildi və hər iki padişah da öz hökumət mərkəzlərinə qayıtdılar.
Bir zaman keçdikdən sonra, Alan padişahı vəfat etdi və onun sərdarlarından biri səltənətə keçdi. Saten qaçıb
Artaşesə pənah apardı, o da Sumbatı külli qoşunla onun köməyinə göndərdi. Böyük bir vuruşma oldu, səltənəti qəsb edən
sərdar türk ölkəsinə qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth və zəfərə nail oldu. Onun
qoşunlarından bir çoxunu öldürdü və bir çoxunu da əsir aldı. Onlar Ermənistan ölkəsində Ağrı dağının ətrafında
yerləşmişdilər. Saten öz atasının mülkündə müstəqil [42 - 43] oldu. Qaziqumuq şəhəri ətrafında bir kəndlə bir dağın indi
də Sumbat adı ilə məşhur olması bu mətləbi təsdiq edir.
Ermənistan padişahı Xosrovu, miladi 258-ci ildə öz əmisi oqlu Anak, Udi şəhəri yaxınlığında hiylə ilə öldürüldü.
Xosrovun vərəsələri də Anakı bir çox övlad və tabeləri ilə bərabər öldürdülər. Anakın iki kiçik yaşlı oğlunu lələlər
götürdülər; böyüyü həzrət Corcisi Qeysəriyyəyə, kiçiyi Sureni də bibisinin – Haptaq padişahı Çavanşirin arvadının
yanına gətirdilər. Sonra Suren 39 il Dərbənddə hökmranlıq etmişdir. Xosrovun qətlindən sonra, Ermənistan ölkəsində
iğtişaş başlandı, Ərdəşir Sasani bu ölkəni istila etməyə və Xosrovun nəslini kəsməyə qalxışdı. Bu zaman Ermənistan
əmirlərindən Artavazd Xosrovun oğlu Tiridatı götürüb Qeysəriyyəyə qaçdı.
Tiridat çox qüvvətli və şücaətli idi, əskəri xidmətə girərək yüksək şöhrətə malik oldu. Axırda Roma qoşunu ilə
gəlib Ermənistan ölkəsini aldı. Daha sonra, 289 və 290-cı illərdə İveriya, Əğvan və Massagetini ələ keçirdi. Sumbat
övladından Sumbat adlı birini göndərib, Alan padişahının qızı Əşkəni aldı. II Xosrov bundan olmuşdur. Əğvanlar ikinci
dəfə iğtişaşa başladıqları üçün Tiridat yenə gəldi. Hər iki tərəfdən çoxlu qoşun toplandı; Muğan səhrasında çox şiddətli
bir müharibə oldu. Ermənilərin böyük sərdarı qoca Artavazd öldürüldü. Tiridat bundan qəzəblənərək, özü müharibəyə
girişdi. Alanda doğulmuş Baslas padişahı cəsur Katarhun, Tiridata bir kəmənd atdı. Tiridat kəməndi kəsib onu öldürdü.
Xülasə, əğvanlar məğlub oldular. Tiridat onları təqib etdi. Nəsl və qaynayıb-qarışma səbəbilə bir tayfa hesab edilən alan,
baslas, haptaq və hunları özünə tabe etdi. Onlardan girov alıb geri qayıtdı. Bundan sonra, sasanilərdən hürmüzün oğlu
Şapur ilə müharibəyə başladı. Azərbaycanı aldıqdan sonra, onunla barışdı…
Vaqarşapat şəhərini Ermənistan padişahı Vaqarş miladi II əsrin axırında bina etmişdi. Tiridatın vəfatına qədər
bura Ermənistanın paytaxtı olmuşdur; indiyə qədər də ermənilərin böyük xəlifəsinin (patriarxının) oturduğu yerdir.
Məhəmməd Əvvabi Aqtaşi (Ağdaşlı), hicri XI əsrin əvvəllərində Şamxal Çoban bəy Gəray xan oğlunun xahişinə
görə, İndiri kəndində ixtisarla farscadan türkcəyə tərcümə etdiyi Dərbəndnamədə deyir: Türklərlə iranlılar arasında daimi
müharibə getdiyindən Şirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan zülm və təxribat yetişirdi. İran padişahı
Qubad Firuz oğlu Sasani, paytaxtı Atil çayı kənarında olan Xəzər padişahı Xaqan [43 - 44] ilə barışıb, onun qızını aldı.
Xaqanın 400.000 nəfər qoşunu var idi. Moskva, Noqrad – ehtimal ki, Novqorod olsun – və büqün ruslar ona (Xaqana)
xərac verirdilər. Bundan sonra Qubad elçi göndərib, istədi ki, iki ölkənin arasında bir sədd çəkdirsin. Xaqan da buna razı
oldu. Qubad tarixlərdə görmüşdü ki, müqəddəs hesab edilən Dərbənddə İskəndər Zülqərneynin səddi olmuşdur. Deyirlər
ki, bu səddin bir mil qədəri Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə qədər uzanıb getmişdir. Qubad əmr
etdi ki, hasarı torpağın və qumun altından çıxarıb təmir etsinlər. hasarı Təbərsəranın yuxarısına qədər çəkib, ona dəmir
qapılar saldılar. Bundan sonra Dərbəndin cənub tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin hamısı
yeddi ildə tamam oldu. İş bitdikdən sonra, xəzərilərin çox quvvətli olmasına baxmayaraq, onların bu möhkəm hasara əl
tapa bilməyəcəklərinə arxayın oldu. Xaqanın qızını atasının evinə qaytardı ki, nəslin qarışması üzündən ölkənin işlərinə
ixtilal yol tapmasın. Deyirlər ki, bu səddi Qubaddan əvvəl Bəhrami-Gurun oğlu Yəzdicird də təmir etdirmişdir. Bu təmir
Nuşirəvan dövründə tamam oldu. Qubad və Nuşirəvan – hər ikisi İran vilayətlərindən müxtəlif xalqları köçürüb bu
ölkədə bir çox şəhər və kənd bina etdirmişdir. Nuşirəvan atasının səltənəti dövründə xeyli zaman bu ölkədə yaşamışdır.
O, Dərbənd səddindən əvvəl (Xəzərlər səddi də adlanır) İsfəndiyar Güştasib oğlunun dənizdən dağa qədər çəkdirdiyi
Alğon səddinin uçulan yerlərini təmir etdirdi. Ona Babi-Alan adlı bir dərvaza saldırdı. Nuşirəvan özü də burada sakin
oldu. Sonra atasının icazəsilə Dərbənd ətrafında 360 qala və şəhər bina etdi. İran vilayətlərində bir çox əhalinin köçürüb
buralarda sakin etdirdi. Alğon səddindən Əhrana qədər olan yerləri yeddi vilayətə böldü və hər birinə ayrı-ayrı əmir təyin
etdi:
1. Gülbax. Burada, Qoysu çayının sağ kənarında, indiki Çilyurd yerində Əhran şəhərini; İndiri kəndinin aşağı
tərəfində, Qızılyarda Sürxab qalasını; İndiri kəndinin yuxarı tərəfində, Çumlu adlanan yerdə Kiçi-Macarı; indi Minarət
və daha əvvəllər Tatartop adlanan Ulu-Macarı bina etdirdi.
2 Tumanşah mülkü. Burada, Tarxu şəhəri yerində, Səməndər qalasını; bunun üç ağaclığında, dəniz kənarında
İnci qalasını (xarabaları indi də qalır); Tarxu ilə İndiri kəndi arasında Keyvan qalasını; Əhran, yəni Qoysu çayı kənarında
Bəlx şəhərini və qoşun iqamətgahı olan bu şəhərin qalasını çayın sol kənarında bina etdirdi. Şəhərin şimal tərəfində də
bir neçə qala tikdirdi. Nuşirəvan, Tuman qəbiləsinə yerləşdirmiş [44 - 45] olduğu bu yerləri, həmri hüduduna qədər, bu
qəbilə əmirlərindən birinə tapşırdı. Ona Tumanşah adı verdi. İsfəndiyar Əhran şəhərində qızıl taxta oturduğundan,
Əhranı bu ölkənin hamısı üçün mərkəz qəbul etdi. Terek çayı dəhnəsindəki gümüş və Əhrandakı mis mədənlərinin 21
Əhranın sərdarına verdi. Qoysunun sol kənarında, Çilyurdun üst tərəfində bir isti su vardır. İndi də ona Gülbax isti suyu
deyirlər.
3. Qaytaq. Nuşirəvan buraya əmir təyin edərək qalalarını təmir etdirdi. Gilan və Kaşandan bir çox əhalini buraya
köçürdü və onu nizama saldı. İndi Köbəçi adlanan Zirihkəran da buruya daxildir.
4. Qumuq dağlarında və onun ətrafında olan yerlər. İndi Qaziqumuq, Aqqaşa mahalları, Avar və sair
hissələrdən ibarətdir. O buruya Filanşah ləqəbli bir əmir təyin etdi.
5. Təbərsəran. Buranın əhalisi çərxçi və Dərbəndin ən yaxşı qoşunlarından olub, Təbəristan və İsfahandan
gəlmədir. Bunların əmirinə hicranşah deyirdilər.
6. Massaget. Bu yer Təbərsəran və Qumuq dağlarının aşağı tərəfindədir. Əhalisi alanlar olub, sayça
başqalarından az idi. Əmirləri də Bütünşah adlanırdı.
7. Şabran və Müskür. Bu yerlərdə Şabran, Bağdad, Gərgər şəhərlərini və axırıncışəhərin bir ağaclığında Abad
şəhərini; Müskürdə Kəsran şəhərini, Dərbəndin üç ağaclığında Sul və ya Sur şəhərini və bunlardan başqa sair şəhər və
kəndləri bina etdirdi; Fars əhalisindən bir qədərini köçürüb Müskür, Kürə və Axtıda yerləşdirdi. Öz sülaləsindən onlara
bir əmir təyin etdi. Nuşirəvan bu qayda ilə ölkə işlərini və sərhədlərin mühafizəsini möhkəm bir surətdə nizama salıb geri
qayıtdı. Bu zaman Xaqan, Gülbax vilayətini ələ keçirib öz sərdarını Əhranda oturtdu. Deyirlər ki, Nuşirəvandan əvvəl
İsfəndiyar da həmin qala və kəndləri təmir etdirib yeddi vilayətə bölmüşdü. Əhran ətrafındakı qalaların əhalisini
Xorasandan köçürtmüşdü və onun sərdarı Əhranda otururdu.
Axtınamədə deyilir ki, Sasanilər sülaləsindən Şah-Bani adlı bir əmir, Nuşirəvanın əmrilə fars əhlindən 60 ailə və
300 nəfər əskərlə gəlib, Axtı adlanan yerdə bir qala tikdirdi və orada sakin oldu. Bu qalanın asarı dağın başında indi də
durur. O, 1500 əşrəfi sərf edərək Axtı isti suyunun üzərində bir hamam tikdirdi və ona xərac qoydu. 560-cı ildə,
Nuşirəvan otuz illik səltənətdən sonra, Adil ləqəbi aldı. Bu münasibətlə ətrafın rəisləri hamamın qabağında toplaşıb
məşvərət etdilər. Şah-Banidən [45 - 46] xahiş etdilər ki, Nuşirəvan hamam xəracını onların üzərindən götürsün. Şah-Bani
bu məqsədlə, oğlu Şah-Asanı o zaman Azərbaycanda olan Nuşirəvanın hüzurinə göndərdi və onun xahişi qəbul edildi.
Bundan sonra Şah-Bani 15 il daha hökmranlıq edib vəfat etdi. Oğlu Şah-Asan onun yerinə keçib 12 il hökmranlıq etdi.
Tarixi-güzidə sahibi hicri 730-cu (=1330) ildə yazır: Nuşirəvanın Dərbənd ətrafı əmirlərinə verdiyi ləqəblərin və
təşrifatın bəziləri indi də söylənməkdədir: Filanşah və Şirvanşah kimi.
Ömər ibni-Vərdi11
“Xəritətüləcaib” adlı ərəbcə qədim coğrafiya kitabında yazır: Babüləbvab İranın şimal
tərəfində vaqedir. Çoxlu meyvə bağları olan bu şəhər, Nuşirəvan tərəfindən Xəzər dənizi kənarında bina edilmişdir. Bu
Xəzər tayfası qarşısında bir haildir (səddir). Qapıları Qaytaq dağları keçidindəndir, məsələn, Babüssul, Babi-Alan,
Babüssabran, Babi-Laziqə, Babüssəcəsi, Babi-Sahibüssərdir, Babi-Filanşah, Babi-Karmanşah, Babi-İranşah və BabiLiyanşah. Dərbənd dərya kənarında, böyük yol üzərində vaqedir və buranın ən böyük qalalarından olduğuna görə,
Babüləbvab adı ilə şöhrət tapmışdır. Dərbənd hasarının silsiləsi uca bir dağa doğru uzanıb gedir. Bu hasar bir tərəfdən o
biri tərəfə keçməyə mane olur. Bu dağda çoxlu qala da vardır.
Əbülhəsən Məsudi deyir: bu ölkədə 300 şəhər var və hər bir şəhərin də, bir-birinə oxşamayan, ayrı dili vardır.
Hovqəli2
deyir: Mən bunu inkar edirdim, lakin özüm təhqiq edib bildim. Bu ölkənin çox nüfuslu və abad
məmləkətlərindən biri də Şirvanşah vilayətidir. Bu vilayət vüsətli olub çoxlu nahiyələri, kəndləri və imarətləri vardır. Bu
yerin əhalisi dikbaş olub heç kəsə itaət etməzlər. Şirvanşahlar səltənətini Nuşirəvan qurmuşdur.
Rövzətüssəfa, Xülasətüləxbar müəllifləri və bir çox başqa tarixçilər yazırlar: xaqanın qızını Nuşirəvan almış və
onu boşayıb atasının evinə geri qaytarmamışdı. Nuşirəvanın bundan Nuşizad və Hürmüz adlı iki oğlu oldu. Bu qadın
Zərdüşt [46 - 47] dinini qəbul etməmişdi. Onun böyük oğlu Nuşizad da, hədd büluğa çatdıqdan sonra, atəşə sitayiş
etmədi. Buna görə o, atasının hökmilə həbsə alındı. Nuşirəvan Şam vilayətində fütuhat ilə məşğul ikən, onun şiddətli bir
surətdə xəstələnməsi haqqında Nuşizad yalan bir xəbər aldı. O, həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. Atasının
təyin etdiyi məmurları Farsdan, Ehvazdan qovdu və İraqı almaq məqsədilə o tərəfə hərəkət etdi.
Nuşirəvan bu əhvalatdan xəbərdar olub, İran sərkərdələrindən Ranbərzinə bir hökm yazdı və onu oğlunun
fitnəsini dəf etməyə təyin etdi. Ranbərzin şahzadəyə nə qədər nəsihət etdisə də fayda vermədi. Müharibə əsnasında
Nuşizad bir oxla yaralanıb öldü.
Nuşirəvan 48 il səltənətdən sonra, miladi 578-ci ildə və hicrətdən 44 il əvvəl vəfat etdi. Nuşirəvanın xəzər xaqanı
qızından olan ikinci oğlu Hürmüz İran taxtına oturdu. Bu münasibətlə ona türkzad deyirdilər.
Rövzətüssəfa sahibi deyir: Hürmüz dövründə Xəzər tayfası Dərbənddən keçib Ermənistan və Azərbaycan
ölkələrini qarət etdilər. Bu çapqın hicri 4-cü (=626) ildə vaqe oldu. Rum qeysəri herakli onları bu ildə İranla müharibəyə
təşviq edirdi.
Tarixi-güzidə sahibi və sair tarixçilər deyirlər: Hürmüz zülm etməyə başlayınca, xalq ona qarşı üsyan qaldırıb
sikkəni onun oğlu Xosrov Pərvizin adına vurdurdular. Buna görə Xosrov Pərviz atasından qorxub Azərbaycana gəldi.
Muğan və Bacərvanda olduğu zaman, “Bərdə” hökmdarı Mihinbanu gəlib onu Bərdəyə apardı və ona mehmannəvazlıq
1
Ömər ibni-Vərdi – Hicri 690-cı (=1291) ildə Suriyada anadan olmuş və 749-cu (=1349)ildə Hələb şəhərində vəfat etmişdir. “Xəritərüləcaib”dən
başqa dil, ədəbiyyat, hüquq tarix, fəlsəfə və təsəvvura aid bir çox əsər yazmışdır.
2
İbn-Hovqəl olmalıdır. İbn Hovqəl – Hicri IV (=X) əsrin ən məşhur səyyalarından biridir. “Kitabülməsəllik” adlı əsəri gəzdiyi və gödüyü yerlərdə
təsvir edir. 22
etdi. Xosrov Mihinbanunun qardaşı qızı Şirini sevib axırda onu aldı. Şeyx Nizami bu əhvalatı məşhur “Xəmsə”sinin beş
poemasından biri olan “Xosrov və Şirin” kitabında gözəl bir surətdə təsvir etmişdir.
Nuşirəvandan sonra Şirvan vilayəti haqqında ayrıca bir məlumat yoxdur. Ancaq bu qədər məlumdur ki,
xəzərlərin istilasi və İran səltənəti işlərinin qarışıqlığı nəticəsində Şirvan iğtişaş məhəlli olmuşdur. Bu hal ərəb
qoşununun gəlib, ardı-arası kəsilməyən müharibələr ilə şimal tayfalarını məğlub və bu vilayəti ərəb ölkəsinə ilhaq
edincəyə qədər davam etmişdir. [47 - 48]