Mirze Elekber Sabirin satiralari

Qocalıqdan şikayət – Mirzə Ələkbər Sabir

Əfsus  qocaldım, ağacım  düşdü əlimdən,
Səd heyf cəvanlıq!
Zəf eylədi aciz məni, qaldım əməlimdən,
nə  ziyanlıq!
Saldıqca cəvanlıqda keşən  günləri yadə
Dərdim  olur on qat!
Ya rəb, yetərəm  bir  də mi  dünyadə muradə?
Heyhat  və heyhat!
Saqqal  ağarıb, bel  bükülüb, dinmə filani!
Ovqatım olub təlx;
Övrət də  yaxır  saqqalıma gündə hənani,
“ Rişi ki, bərəng əlx…”
Yad olsun  o günlər  ki, muradımca gəzərdim,
Sazəndə Oruğnan;
Min acizü bicarələrin başın  əzərdim
Sillə, yumuruğnan.
Bu  sayədə  hər  ləhzə  edib  səyü təlaşi,
Sərvət qazanardım;
Təhsil eləyib qol  gücünə əmri – məasi,
Dövlət qazanardım;
Əzalər  isə  süst  olub  imdi  qocalıqdan,
Bir dadrəsim  yox;
Görməzmisən  əhvalımı, düşdüm  ucalıqdan,
Fəryadrəsim yox;
Heç yerdə  səsim yox,
Kəskim nəfəsim yox,
Fikrimdi cəvənlıq,
Başqa həvəsim yox!..


Close
Facebookda bizə qoşulun, Kitabsız qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook