Online kitab oxumaq

Sfinks – Edqar Allan Po

Tərcümə: Fəxri Uğurlu

Dəhşətli vəbanın Nyu-Yorkda at oynatdığı günlərdə (1830-cu illərin əvvəllərində Avropadan Quzey Amerikaya yayılmış epidemiya nəzərdə tutulur) mən qohumlarımdan birinin dəvətilə iki həftəliyə onun Hudzon çayının yaxasındakı gözdən uzaq xudmani kottecinə dincəlməyə getmişdim.

Sərəncamımızda hər cür yay əyləncəsi vardı; meşədə gəzmək, naturadan rəsm çəkmək, qayıqla üzmək, balıq tutmaq, çimmək, musiqi dinləmək, kitab oxumaq vaxtımızı şad-xürrəm keçirməyə artıqlamasıyla yetərdi, əgər hər səhər azman şəhərdən gələn bəd xəbərlər olmasaydı.

Elə bir gün olmazdı ki, hansısa tanışımızın ölüm xəbərini almayaq. Vəba quduzlaşdıqca biz dostların itkisinə alışırdıq. Axır-axırda hər xəbərin gəlişini ürək döyüntüsüylə qarşılayırdıq.

Cənubdan əsən külək elə bil ölümün nəfəsiydi. Bu duyğu, bu düşüncə mənim canıma-qanıma işləmişdi. Başqa nədənsə danışa, nəsə düşünə, yuxularımda ayrı nəsə görə bilmirdim.

Ev yiyəsi çox da nazik adam deyildi, hərçənd özü də bərk sarsılmışdı, elə hey mənə ürək-dirək verməyə çalışırdı. Onun müdrik ağlı qara-qura xəyallara uymazdı. Gerçək təhlükəni o, göydə tutardı, ancaq olmayan yerdə təhlükə qorxusuyla yaşamazdı.

Ev yiyəsinin kitabxanasında əlimə düşən bir para kitabların ucbatından onun mənim xəstə, qaranlıq xəyallarımı dağıtmaq cəhdi, demək olar, daşa dirəndi.

O kitablarda yazılanlar mənə qanımla ötürülmüş, canımın bir küncündə gizlənmiş bütün mövhumat toxumlarını cücərtmək gücündəydi. Mən kitabları qohumumdan xəbərsiz oxumuşdum, buna görə də o, xəyallarımı körükləyən səbəbləri anlamaqda çətinlik çəkirdi.

Mənim sözüm-söhbətim hayana fırlansa, axır gəlib əlamətlərin, işarələrin üstündə bənd alırdı – bir ara mən əlamətlərə, demək olar, ciddi-ciddi inanırdım.
Bu mövzuda biz uzun-uzadı qızğın çəkişmələrə baş vururduq; o, bu sayaq inamların tam əsassız olduğunu deyib dururdu, mən də sübuta yetirməyə çalışırdım ki, insanlara kənardan kimsənin sırımadığı, el-obanın təbiətindən mayalanmış etiqadda, şübhəsiz, bir həqiqət payı da olmamış deyil, ona görə də bu inam hörmətə layiqdi.

Bir müddət sonra kottecə qayıdanda başıma elə anlaşılmaz, elə nəhs bir iş gəldi ki, bunun əlamət olduğunu desəm, yəqin məni bağışlarsınız.

Elə sarsılmışdım, üstəlik də elə dolaşmışdım, dostuma ürəyimi açanacan neçə gün gözləyəsi oldum.

Qızmar günün sonuna doğru mən əlimdə kitab açıq pəncərə qarşısında oturmuşdum; pəncərədən çayın sağ-sol yaxası, ondan da aralıda bizə baxan üzü sürüşmə ucbatından keçəl qalmış təpə görünürdü.

Bayaqdan fikrim kitabdan yayınıb, zillətin, fəlakətin meydan suladığı qonşu şəhərə köçmüşdü. Başımı kitabdan qaldıranda mən uzaqda çılpaq yamac, yamacda da eybəcər görkəmli nəhəng bir məxluq gördüm; sonra o məxluq bir göz qırpımında yamacdan enib, təpənin ətəyindəki qalın meşədə itdi.

Bu varlığı ilk görəndə düşündüm bəlkə dəli olmuşam, ona görə də haq-nahaq gözlərimə inanmadım; ağlımı itirmədiyimə, yuxu görmədiyimə əmin olana qədər bir xeyli keçdi.

Ancaq indi açıq-aydın gördüyüm, təpənin ətəyinə enənəcən gözdən yayındırmadığım o bədheybəti təsvir eləməyə başlasam, oxucuları buna inandırmaq mənim özümü inandırmağımdan da çətin başa gələcək.

Yamacı endikcə sürüşməyə davam gətirmiş tək-tək azman ağacların böyründən ötdüyünə görə deyə bilərəm ki, bədheybət məxluq nəhənglikdə heç bir okean gəmisinə boy verməzdi.

Gəmini elə-belə yada salmadım, onun biçimi-quruluşu həqiqətən də bizim yetmiş dörd toplu hərbi gəminin korpusuna bənzəyirdi. Ağzı altmış-yetmiş fut uzunluqda, fil gövdəsi yoğunluqda xortumunun ucunda yerləşirdi.

Xortumunun kökündə çəngə-çəngə sıx tüklər qaralırdı – qırxan olsaydı, bir düjün vəhşi öküzün yunundan ağır gələrdi; oradan qaban qılıncına bənzər, ancaq ondan qat-qat iri bir cüt parlaq köpək dişi – biri aşağı, o biri yana əyilmiş iki azman diş çıxmışdı.

Xortumun sağ-solundan yanlara otuz-qırx fut uzunluğu olan, büllur kimi işıldayan nəhəng prizmatik buynuzlar uzanırdı – batan günəşin o buynuzlara dəyib-qayıdan saçaqları göz çıxarırdı.

Gövdəsi çivə bənzəyirdi, iti ucu aşağı yönəlmişdi. Hər biri az qala yüz yard uzunluğunda iki cüt qanadı vardı; qanadlar bir-birinin üstündə bitmişdi, hamısının da üstü diametri on-on iki fut olan dəmir pullarla örtülüydü.

Onu da gözüm aldı ki, üst qanadlar alt qanadlara yoğun zəncirlə bağlanıb. Ancaq bu bədheybət varlığın ən gözəçarpan cəhəti onun, demək olar, bütün sinəsini tutmuş, tünd gövdəsinin üstündə yağlı rəssam fırçasıyla çəkilibmiş kimi ağaran kəlləsiydi.

Ağlımın gücü yetməyən bir dəhşətlə, bir qaçılmaz fəlakət duyğusuyla əcaib heyvana, ən çox da heyvanın sinəsindəki kəllə təsvirinə baxdığım yerdə qəfildən onun xortumundan sallanan nəhəng ağzı açıldı, heyvan mənim qulaqlarımda nəhs əlamət kimi cingildəyən acı naləsiylə yeri-göyü titrətdi; bədheybət varlıq təpənin ətəyində gözdən itər-itməz mən özümdən gedib yerə sərildim.

Özümə qayıdanda ağlıma ilk gələn gördüyümü, eşitdiyimi dostuma danışmaq oldu, ancaq anlada bilmədiyim bir ikrah duyğusu nədənsə məni fikrimdən daşındırdı.

Bu əhvalatdan üç-dörd gün ötmüş axşam çağı biz bədheybət varlığın mənim gözümə göründüyü otaqda oturmuşduq; mən pəncərənin qarşısındakı həmin o kürsüdə əyləşmişdim, o isə məndən azca aralı taxtın üstündə dirsəklənmişdi.

Vaxt o vaxt, yer də o yer olduğundan yaddaşım təzələndi, qəribə hadisəni dostuma danışmaq istədim.

O, qabaqca ürəkdən gülə-gülə, sonra da mənim havalandığıma şəkk-şübhəsi qalmayıbmış kimi tam ciddi bir tövrlə məni sonacan dinlədi. Bu dəm eybəcər nəhəng yenə aydınca göründü, mən qorxudan çıxardığım bir bağırtıyla əlimi ona tuşladım.

Bədheybətin çılpaq yamacla enişini xırdalığınacan təsvir eləsəm də, dostum təpəyə sarı diqqətlə baxıb, bir şey görmədiyini dedi.

Həyəcanımın həddi-hüdudu yox idi, çünki qarabasma mənə ölüm əlaməti, bundan da betəri, dəlilik nişanəsi kimi gəlirdi. Əlim yerdən-göydən üzüldü, özümü kürsüyə yıxıb üzümü əllərimlə qapadım.

Gözümü açanda qarabasma yoxa çıxmışdı.

Ev yiyəsinin həmişəki dincliyi artıq özünə qayıtmışdı, dostum əcaib varlığın görkəmiylə bağlı məni yerli-yataqlı sorğu-suala tutdu.

İzahatım onu tam razı salandan sonra dostum ağır yük altından çıxmış kimi dərindən nəfəs aldı, sonra da mənə qəddar görünən soyuqqanlı bir ədayla mücərrəd fəlsəfənin bəzi incəliklərini xırdaladığımız yarımçıq söhbətimizə qayıtdı.

Yadımdadı, o, yeri gəlmişkən bir fikri ayrıca vurğuladı ki, insanın bütün yanılmalarının təməlində məsafəni bəlləməkdə yol verdiyi sadə bir yanlışlıq ucbatından ağılın hansısa predmeti ya kiçiltmək, ya da şişirtmək meyli durur:

- Məsələn, demokratiyanın bütün dünyaya yayılmasının bəşəriyyətə göstərəcəyi təsiri düzgün qiymətləndirmək üçün bu prosesin başa çatacağı dövrün uzaqlığını hökmən nəzərə almaq lazımdı. Bununla belə, siz idarəçilik formalarından yazan bircə nəfər göstərə bilərsinizmi ki, bu məsələni diqqətə layiq saymış olsun?
Bu yerdə dostum ara verdi, kitab rəfinə yanaşıb təbiət tarixinə dair ibtidai kurs kitabını götürdü. Xırda çap hərflərini gözü seçmədiyindən məndən yerimizi dəyişməyi xahiş elədi, sonra pəncərə qarşısındakı kürsüyə çöküb kitabı açdı, elə əvvəlki avazla da sözünün gerisini gətirdi:

- Siz bədheybət varlığı yerli-yataqlı təsvir eləməsəydiz, mən bəlkə də bunun nə olduğunu sizə göstərə bilməzdim. Qabaqca icazənizlə Sphinx növünün Crepuscularia fəsiləsinin Lepidoptera dəstəsinin İnsecta sinfinə mənsub canlıların, yəni həşəratların məktəblilər üçün yazılmış təsvirini sizə oxuyum.

Oxuyuram:

“Metal kimi parıldayan rəngbərəng pulcuqlarla örtülü dörd pərdəli qanad; çənələrin davamı kimi başa bərkidilmiş xortumcuq şəkilli ağız; ağızın qıraqlarında – yararsız qalmış çənələrin qalıqları, bir də yumşaq duyğu telləri. Cod tükcüklərlə bir-birinə bənd olunmuş alt-üst qanadlar; uzunsov prizmatik toppuz şəklində bığcıqlar; sivri qarıncıq. Sfinks adlanan Kəllə Kəpənəyin qəmli səsi, bir də qalxancığı üzərindəki ölüm rəmzi bəzən avam adamlarda xof yaradır.”

O, kitabı bağlayıb, mənim bədheybəti gördüyüm andakı oturuşumu olduğu kimi təkrarlamaq üçün irəli əyildi.

- Budu ha! İndi sizin əjdahanız üzüyuxarı dırmanır. Söz yox, çox əcaib görkəmi var. Ancaq o, nə siz düşündüyünüz böyüklükdə, nə də xəyal elədiyiniz uzaqlıqdadı. Pəncərənin çərçivəsindən sallanan hörümçək torunun üstüylə sürünür. Gövdəsinin uzunluğu düymün on altıda birindən artıq deyil. Elə mənim gözümlə onun arası da bir belə olar.


İnsan hakları evrensel beyannamesi Önsöz İnsanlık ailesinin bütün üyelerinde bulunan haysiyetin ve bunların eşit ve devir kabul etmez haklarının tanınması hususunun, hürriyetin, adaletin ve dünya barışının temeli olmasına, İnsan haklarının tanınmaması ve hor görülmesinin insanlık vicdanını isyana sevkeden vahşiliklere sebep olmuş bulunmasına, dehşetten ve yoksulluktan kurtulmuş insanların, içinde söz ve inanma hürriyetlerine sahip olacakları bir dünyanın kurulması en yüksek amaçları oralak ilan edilmiş bulunmasına, İnsanin zulüm ve baskıya karşı son çare olarak ayaklanmaya mecbur kalmaması için insan haklarının bir hukuk rejimi ile korunmasının esaslı bir zaruret olmasına, Uluslararasında dostça ilişkiler geliştirilmesini teşvik etmenin esaslı bir zaruret olmasına, Birleşmiş Milletler halklarının, Antlaşmada, insanın ana haklarına, insan şahsının haysiyet ve değerine, erkek ve kadınların eşitliğine olan imanlarını bir kere daha ilan etmiş olmalarına ve sosyal ilerlemeyi kolaylaştırmaya, daha geniş bir hürriyet içerisinde daha iyi hayat şartları kurmaya karar verdiklerini beyan etmiş bulunmalarına, Üye devletlerin, Birleşmiş Milletler Teşkilatı ile işbirliği ederek insan haklarına ve ana hürriyetlerine bütün dünyada gerçekten saygı gösterilmesinin teminini taahhüt etmiş olmalarına, Bu haklar ve hürriyetlerin herkesçe aynı şekilde anlaşılmasının yukarıdaki taahhüdün yerine getirilmesi için son derece önemli bulunmasına göre, Birleşmiş Milletler Genel Kurulu, İnsanlık topluluğunun bütün fertleriyle uzuvlarının bu beyannameyi daima gözönünde tutarak öğretim ve eğitim yoluyla bu haklar ve hürriyetlere saygıyı geliştirmeye, gittikçe artan milli ve milletlerarası tedbirlerle gerek bizzat üye devletler ahalisi gerekse bu devletlerin idaresi altındaki ülkeler ahalisi arasında bu hakların dünyaca fiilen tanınmasını ve tatbik edilmesini sağlamaya gayret etmeleri amacıyla bütün halklar ve milletler için ulaşılacak ortak ideal olarak işbu İnsan Hakları Evrensel Beyannamesini ilan eder. Madde 1 Bütün insanlar hür, haysiyet ve haklar bakımından eşit doğarlar. Akıl ve vicdana sahiptirler ve birbirlerine karşı kardeşlik zihniyeti ile hareket etmelidirler. Madde 2 Herkes, ırk, renk, cinsiyet, dil, din, siyasi veya diğer herhangi bir akide, milli veya içtimai menşe, servet, doğuş veya herhangi diğer bir fark gözetilmeksizin işbu Beyannamede ilan olunan tekmil haklardan ve bütün hürriyetlerden istifade edebilir. Bundan başka, bağımsız memleket uyruğu olsun, vesayet altında bulunan, gayri muhtar veya sair bir egemenlik kayıtlamasına tabi ülke uyruğu olsun, bir şahıs hakkında, uyruğu bulunduğu memleket veya ülkenin siyasi, hukuki veya milletlerarası statüsü bakımından hiçbir ayrılık gözetilmeyecektir. Madde 3 Yaşamak, hürriyet ve kişi emniyeti her ferdin hakkıdır. Madde 4 Hiç kimse kölelik veya kulluk altında bulundurulamaz; kölelik ve köle ticareti her türlü şekliyle yasaktır. Madde 5 Hiç kimse işkenceye, zalimane, gayriinsani, haysiyet kırıcı cezalara veya muamelelere tabi tutulamaz. Madde 6 Herkes her nerede olursa olsun hukuk kişiliğinin tanınması hakkını haizdir. Madde 7 Kanun önünde herkes eşittir ve farksız olarak kanunun eşit korumasından istifade hakkını haizdir. Herkesin işbu Beyannameye aykırı her türlü ayırdedici mualeleye karşı ve böyle bir ayırdedici muamele için yapılacak her türlü kışkırtmaya karşı eşit korunma hakkı vardır. Madde 8 Her şahsın kendine anayasa veya kanun ile tanınan ana haklara aykırı muamelelere karşı fiilli netice verecek şekilde milli mahkemelere müracaat hakkı vardır. Madde 9 Hiç kimse keyfi olarak tutuklanamaz, alıkonulanamaz veya sürülemez. Madde 10 Herkes, haklarının, vecibelerinin veya kendisine karşı cezai mahiyette herhangi bir isnadın tespitinde, tam bir eşitlikle, davasının bağımsız ve tarafsız bir mahkeme tarafından adil bir şekilde ve açık olarak görülmesi hakkına sahiptir. Madde 11 Bir suç işlemekten sanık herkes, savunması için kendisine gerekli bütün tertibatın sağlanmış bulunduğu açık bir yargılama ile kanunen suçlu olduğu tespit edilmedikçe masum sayılır. Hiç kimse işlendikleri sırada milli veya milletlerarası hukuka göre suç teşkil etmeyen fiillerden veya ihmallerden ötürü mahkum edilemez. Bunun gibi, suçun işlendiği sırada uygulanabilecek olan cezadan daha şiddetli bir ceza verilemez. Madde 12 Hiç kimse özel hayatı, ailesi, meskeni veya yazışması hususlarında keyfi karışmalara, şeref ve şöhretine karşı tecavüzlere maruz bırakılamaz. Herkesin bu karışma ve tecavüzlere karşı kanun ile korunmaya hakkı vardır. Madde 13 Herkes herhangi bir devletin sınırları dahilinde serbestçe dolaşma ve yerleşme hakkına haizdir. Herkes, kendi memleketi de dahil, herhangi bir memleketi terketmek ve memleketine dönmek hakkına haizdir. Madde 14 Herkes zulüm karşısında başka memleketlerden mülteci olarak kabulü talep etmek ve memleketler tarafından mülteci muamelesi görmek hakkını haizdir. Bu hak, gerçekten adi bir cürüme veya Birleşmiş Milletler prensip ve amaçlarına aykırı faaliyetlere müstenit kovuşturmalar halinde ileri sürülemez. Madde 15 Her ferdin bir uyrukluk hakkı vardır. Hiç kimse keyfi olarak uyrukluğundan ve uyrukluğunu değiştirmek hakkından mahrum edilemez. Madde 16 Evlilik çağına varan her erkek ve kadın, ırk, uyrukluk veya din bakımından hiçbir kısıtlamaya tabi olmaksızın evlenmek ve aile kurmak hakkına haizdir. Her erkek ve kadın evlenme konusunda, evlilik süresince ve evliliğin sona ermesinde eşit hakları haizdir. Evlenme akdi ancak müstakbel eşlerin serbest ve tam rızasıyla yapılır. Aile, cemiyetin tabii ve temel unsurudur, cemiyet ve devlet tarafından korunmak hakkını haizdir. Madde 17 Her şahıs tek başına veya başkalarıyla birlikte mal ve mülk sahibi olmak hakkını haizdir. Hiç kimse keyfi olarak mal ve mülkünden mahrum edilemez. Madde 18 Her şahsın, fikir, vicdan ve din hürriyetine hakkı vardır; bu hak, din veya kanaat değiştirmek hürriyeti, dinini veya kanaatini tek başına veya topluca, açık olarak veya özel surette, öğretim, tatbikat, ibadet ve ayinlerle izhar etmek hürriyetini içerir. Madde 19 Her ferdin fikir ve fikirlerini açıklamak hürriyetine hakkı vardır. Bu hak fikirlerinden ötürü rahatsız edilmemek, memleket sınırları mevzubahis olmaksızın malümat ve fikirleri her vasıta ile aramak, elde etmek veya yaymak hakkını içerir. Madde 20 Her şahıs saldırısız toplanma ve dernek kurma ve derneğe katılma serbestisine maliktir. Hiç kimse bir derneğe mensup olmaya zorlanamaz. Madde 21 Her şahıs, doğrudan doğruya veya serbestçe seçilmiş temsilciler vasıtasıyla, memleketin kamu işleri yönetimine katılmak hakkını haizdir. Her şahıs memleketin kamu hizmetlerine eşitlikle girme hakkını haizdir. Halkın iradesi kamu otoritesinin esasıdır; bu irade, gizli şekilde veya serbestliği sağlayacak muadil bir usul ile cereyan edecek, genel ve eşit oy verme yoluyla yapılacak olan devri ve dürüst seçimlerle ifade edilir. Madde 22 Her şahsın, cemiyetin bir üyesi olmak itibariyle, sosyal güvenliğe hakkı vardır; haysiyeti için ve şahsiyetinin serbestçe gelişmesi için zaruri olan ekonomik, sosyal ve kültürel hakların milli gayret ve milletlerarası işbirliği yoluyla ve her devletin teşkilatı ve kaynaklarıyla mütenasip olarak gerçekleştirilmesine hakkı vardır. Madde 23 Her şahsın çalışmaya, işini serbestçe seçmeye, adil ve elverişli çalışma şartlarına ve işsizlikten korunmaya hakkı vardır. Herkesin, hiçbir fark gözetilmeksizin, eşit iş karşılığında eşit ücrete hakkı vardır. çalışan her kimsenin kendisine ve ailesine insanlık haysiyetine uygun bir yaşayış sağlayan ve gerekirse her türlü sosyal koruma vasıtalarıyla da tamamlanan adil ve elverişli bir ücrete hakkı vardır. Herkesin menfaatlerinin korunmasi için sendikalar kurmaya ve bunlara katılmaya hakkı vardır. Madde 24 Her şahsın dinlenmeye, eğlenmeye, bilhassa çalışma müddetinin makul surette sınırlandırılmasına ve muayyen devrelerde ücretli tatillere hakkı vardır. Madde 25 Her şahsın, gerek kendisi gerekse ailesi için, yiyecek, giyim, mesken, tıbbi bakım, gerekli sosyal hizmetler dahil olmak üzere sağlığı ve refahını temin edecek uygun bir hayat seviyesine ve işsizlik, hastalık, sakatlık, dulluk, ihtiyarlık veya geçim imkânlarından iradesi dışında mahrum bırakacak diğer hallerde güvenliğe hakkı vardır. Ana ve çocuk özel ihtimam ve yardım görmek hakkını haizdir. Bütün çocuklar, evlilik içinde veya dışında doğsunlar, aynı sosyal korunmadan faydalanırlar. Madde 26 Her şahsın öğrenim hakkı vardır. Öğrenim hiç olmazsa ilk ve temel safhalarında parasızdır. İlk öğretim mecburidir. Teknik ve mesleki öğretimden herkes istifade edebilmelidir. Yüksek öğretim, liyakatlerine göre herkese tam eşitlikle açık olmalıdır. Öğretim insan şahsiyetinin tam gelişmesini ve insan haklarıyla ana hürriyetlerine saygının kuvvetlenmesini hedef almalıdır. Öğretim bütün milletler, ırk ve din grupları arasında anlayış, hoşgörü ve dostluğu teşvik etmeli ve Birleşmiş Milletlerin barışın idamesi yolundaki çalışmalarını geliştirmelidir. Ana baba, çocuklarına verilecek eğitim türünü seçmek hakkını öncelikle haizdirler. Madde 27 Herkes, topluluğun kültürel faaliyetine serbestçe katılmak, güzel sanatları tatmak, ilim sahasındaki ilerleyişe iştirak etmek ve bundan faydalanmak hakkını haizdir. Herkesin yarattığı, her türlü bilim, edebiyat veya sanat eserlerinden mütevellit manevi ve maddi menfaatlerin korunmasına hakkı vardır. Madde 28 Herkesin, işbu Beyannamede derpiş edilen hak ve hürriyetlerin tam tatbikini sağlayacak bir sosyal ve milletlerarası nizama hakkı vardır. Madde 29 Her şahsın, şahsiyetinin serbest ve tam gelişmesi ancak bir topluluk içinde mümkündür ve şahsın bu topluluğa karşı görevleri vardır. Herkes, haklarının ve hürriyetlerinin kullanılmasında, sadece, başkalarının haklarının ve hürriyetlerinin gereğince tanınması ve bunlara saygı gösterilmesi amacıyla ve ancak demokratik bir cemiyette ahlâkın, kamu düzeninin ve genel refahın haklı icaplarını yerine getirmek maksadıyla kanunla belirlenmiş sınırlamalara tabi tutulabilir. Bu hak ve hürriyetler hiçbir veçhile Birleşmiş Milletlerin amaç ve prensiplerine aykırı olarak kullanılamaz. Madde 30 İşbu Beyannamenin hiçbir hükmü, herhangi bir devlete, zümreye ya da ferde, bu Beyannamede ilan olunan hak ve hürriyetleri yoketmeye yönelik bir faaliyete girişme ya da eylemde bulunma hakkını verir şekilde yorumlanamaz. İnsan hakları evrensel beyannamesi Önsöz İnsanlık ailesinin bütün üyelerinde bulunan haysiyetin ve bunların eşit ve devir kabul etmez haklarının tanınması hususunun, hürriyetin, adaletin ve dünya barışının temeli olmasına, İnsan haklarının tanınmaması ve hor görülmesinin insanlık vicdanını isyana sevkeden vahşiliklere sebep olmuş bulunmasına, dehşetten ve yoksulluktan kurtulmuş insanların, içinde söz ve inanma hürriyetlerine sahip olacakları bir dünyanın kurulması en yüksek amaçları oralak ilan edilmiş bulunmasına, İnsanin zulüm ve baskıya karşı son çare olarak ayaklanmaya mecbur kalmaması için insan haklarının bir hukuk rejimi ile korunmasının esaslı bir zaruret olmasına, Uluslararasında dostça ilişkiler geliştirilmesini teşvik etmenin esaslı bir zaruret olmasına, Birleşmiş Milletler halklarının, Antlaşmada, insanın ana haklarına, insan şahsının haysiyet ve değerine, erkek ve kadınların eşitliğine olan imanlarını bir kere daha ilan etmiş olmalarına ve sosyal ilerlemeyi kolaylaştırmaya, daha geniş bir hürriyet içerisinde daha iyi hayat şartları kurmaya karar verdiklerini beyan etmiş bulunmalarına, Üye devletlerin, Birleşmiş Milletler Teşkilatı ile işbirliği ederek insan haklarına ve ana hürriyetlerine bütün dünyada gerçekten saygı gösterilmesinin teminini taahhüt etmiş olmalarına, Bu haklar ve hürriyetlerin herkesçe aynı şekilde anlaşılmasının yukarıdaki taahhüdün yerine getirilmesi için son derece önemli bulunmasına göre, Birleşmiş Milletler Genel Kurulu, İnsanlık topluluğunun bütün fertleriyle uzuvlarının bu beyannameyi daima gözönünde tutarak öğretim ve eğitim yoluyla bu haklar ve hürriyetlere saygıyı geliştirmeye, gittikçe artan milli ve milletlerarası tedbirlerle gerek bizzat üye devletler ahalisi gerekse bu devletlerin idaresi altındaki ülkeler ahalisi arasında bu hakların dünyaca fiilen tanınmasını ve tatbik edilmesini sağlamaya gayret etmeleri amacıyla bütün halklar ve milletler için ulaşılacak ortak ideal olarak işbu İnsan Hakları Evrensel Beyannamesini ilan eder. Madde 1 Bütün insanlar hür, haysiyet ve haklar bakımından eşit doğarlar. Akıl ve vicdana sahiptirler ve birbirlerine karşı kardeşlik zihniyeti ile hareket etmelidirler. Madde 2 Herkes, ırk, renk, cinsiyet, dil, din, siyasi veya diğer herhangi bir akide, milli veya içtimai menşe, servet, doğuş veya herhangi diğer bir fark gözetilmeksizin işbu Beyannamede ilan olunan tekmil haklardan ve bütün hürriyetlerden istifade edebilir. Bundan başka, bağımsız memleket uyruğu olsun, vesayet altında bulunan, gayri muhtar veya sair bir egemenlik kayıtlamasına tabi ülke uyruğu olsun, bir şahıs hakkında, uyruğu bulunduğu memleket veya ülkenin siyasi, hukuki veya milletlerarası statüsü bakımından hiçbir ayrılık gözetilmeyecektir. Madde 3 Yaşamak, hürriyet ve kişi emniyeti her ferdin hakkıdır. Madde 4 Hiç kimse kölelik veya kulluk altında bulundurulamaz; kölelik ve köle ticareti her türlü şekliyle yasaktır. Madde 5 Hiç kimse işkenceye, zalimane, gayriinsani, haysiyet kırıcı cezalara veya muamelelere tabi tutulamaz. Madde 6 Herkes her nerede olursa olsun hukuk kişiliğinin tanınması hakkını haizdir. Madde 7 Kanun önünde herkes eşittir ve farksız olarak kanunun eşit korumasından istifade hakkını haizdir. Herkesin işbu Beyannameye aykırı her türlü ayırdedici mualeleye karşı ve böyle bir ayırdedici muamele için yapılacak her türlü kışkırtmaya karşı eşit korunma hakkı vardır. Madde 8 Her şahsın kendine anayasa veya kanun ile tanınan ana haklara aykırı muamelelere karşı fiilli netice verecek şekilde milli mahkemelere müracaat hakkı vardır. Madde 9 Hiç kimse keyfi olarak tutuklanamaz, alıkonulanamaz veya sürülemez. Madde 10 Herkes, haklarının, vecibelerinin veya kendisine karşı cezai mahiyette herhangi bir isnadın tespitinde, tam bir eşitlikle, davasının bağımsız ve tarafsız bir mahkeme tarafından adil bir şekilde ve açık olarak görülmesi hakkına sahiptir. Madde 11 Bir suç işlemekten sanık herkes, savunması için kendisine gerekli bütün tertibatın sağlanmış bulunduğu açık bir yargılama ile kanunen suçlu olduğu tespit edilmedikçe masum sayılır. Hiç kimse işlendikleri sırada milli veya milletlerarası hukuka göre suç teşkil etmeyen fiillerden veya ihmallerden ötürü mahkum edilemez. Bunun gibi, suçun işlendiği sırada uygulanabilecek olan cezadan daha şiddetli bir ceza verilemez. Madde 12 Hiç kimse özel hayatı, ailesi, meskeni veya yazışması hususlarında keyfi karışmalara, şeref ve şöhretine karşı tecavüzlere maruz bırakılamaz. Herkesin bu karışma ve tecavüzlere karşı kanun ile korunmaya hakkı vardır. Madde 13 Herkes herhangi bir devletin sınırları dahilinde serbestçe dolaşma ve yerleşme hakkına haizdir. Herkes, kendi memleketi de dahil, herhangi bir memleketi terketmek ve memleketine dönmek hakkına haizdir. Madde 14 Herkes zulüm karşısında başka memleketlerden mülteci olarak kabulü talep etmek ve memleketler tarafından mülteci muamelesi görmek hakkını haizdir. Bu hak, gerçekten adi bir cürüme veya Birleşmiş Milletler prensip ve amaçlarına aykırı faaliyetlere müstenit kovuşturmalar halinde ileri sürülemez. Madde 15 Her ferdin bir uyrukluk hakkı vardır. Hiç kimse keyfi olarak uyrukluğundan ve uyrukluğunu değiştirmek hakkından mahrum edilemez. Madde 16 Evlilik çağına varan her erkek ve kadın, ırk, uyrukluk veya din bakımından hiçbir kısıtlamaya tabi olmaksızın evlenmek ve aile kurmak hakkına haizdir. Her erkek ve kadın evlenme konusunda, evlilik süresince ve evliliğin sona ermesinde eşit hakları haizdir. Evlenme akdi ancak müstakbel eşlerin serbest ve tam rızasıyla yapılır. Aile, cemiyetin tabii ve temel unsurudur, cemiyet ve devlet tarafından korunmak hakkını haizdir. Madde 17 Her şahıs tek başına veya başkalarıyla birlikte mal ve mülk sahibi olmak hakkını haizdir. Hiç kimse keyfi olarak mal ve mülkünden mahrum edilemez. Madde 18 Her şahsın, fikir, vicdan ve din hürriyetine hakkı vardır; bu hak, din veya kanaat değiştirmek hürriyeti, dinini veya kanaatini tek başına veya topluca, açık olarak veya özel surette, öğretim, tatbikat, ibadet ve ayinlerle izhar etmek hürriyetini içerir. Madde 19 Her ferdin fikir ve fikirlerini açıklamak hürriyetine hakkı vardır. Bu hak fikirlerinden ötürü rahatsız edilmemek, memleket sınırları mevzubahis olmaksızın malümat ve fikirleri her vasıta ile aramak, elde etmek veya yaymak hakkını içerir. Madde 20 Her şahıs saldırısız toplanma ve dernek kurma ve derneğe katılma serbestisine maliktir. Hiç kimse bir derneğe mensup olmaya zorlanamaz. Madde 21 Her şahıs, doğrudan doğruya veya serbestçe seçilmiş temsilciler vasıtasıyla, memleketin kamu işleri yönetimine katılmak hakkını haizdir. Her şahıs memleketin kamu hizmetlerine eşitlikle girme hakkını haizdir. Halkın iradesi kamu otoritesinin esasıdır; bu irade, gizli şekilde veya serbestliği sağlayacak muadil bir usul ile cereyan edecek, genel ve eşit oy verme yoluyla yapılacak olan devri ve dürüst seçimlerle ifade edilir. Madde 22 Her şahsın, cemiyetin bir üyesi olmak itibariyle, sosyal güvenliğe hakkı vardır; haysiyeti için ve şahsiyetinin serbestçe gelişmesi için zaruri olan ekonomik, sosyal ve kültürel hakların milli gayret ve milletlerarası işbirliği yoluyla ve her devletin teşkilatı ve kaynaklarıyla mütenasip olarak gerçekleştirilmesine hakkı vardır. Madde 23 Her şahsın çalışmaya, işini serbestçe seçmeye, adil ve elverişli çalışma şartlarına ve işsizlikten korunmaya hakkı vardır. Herkesin, hiçbir fark gözetilmeksizin, eşit iş karşılığında eşit ücrete hakkı vardır. çalışan her kimsenin kendisine ve ailesine insanlık haysiyetine uygun bir yaşayış sağlayan ve gerekirse her türlü sosyal koruma vasıtalarıyla da tamamlanan adil ve elverişli bir ücrete hakkı vardır. Herkesin menfaatlerinin korunmasi için sendikalar kurmaya ve bunlara katılmaya hakkı vardır. Madde 24 Her şahsın dinlenmeye, eğlenmeye, bilhassa çalışma müddetinin makul surette sınırlandırılmasına ve muayyen devrelerde ücretli tatillere hakkı vardır. Madde 25 Her şahsın, gerek kendisi gerekse ailesi için, yiyecek, giyim, mesken, tıbbi bakım, gerekli sosyal hizmetler dahil olmak üzere sağlığı ve refahını temin edecek uygun bir hayat seviyesine ve işsizlik, hastalık, sakatlık, dulluk, ihtiyarlık veya geçim imkânlarından iradesi dışında mahrum bırakacak diğer hallerde güvenliğe hakkı vardır. Ana ve çocuk özel ihtimam ve yardım görmek hakkını haizdir. Bütün çocuklar, evlilik içinde veya dışında doğsunlar, aynı sosyal korunmadan faydalanırlar. Madde 26 Her şahsın öğrenim hakkı vardır. Öğrenim hiç olmazsa ilk ve temel safhalarında parasızdır. İlk öğretim mecburidir. Teknik ve mesleki öğretimden herkes istifade edebilmelidir. Yüksek öğretim, liyakatlerine göre herkese tam eşitlikle açık olmalıdır. Öğretim insan şahsiyetinin tam gelişmesini ve insan haklarıyla ana hürriyetlerine saygının kuvvetlenmesini hedef almalıdır. Öğretim bütün milletler, ırk ve din grupları arasında anlayış, hoşgörü ve dostluğu teşvik etmeli ve Birleşmiş Milletlerin barışın idamesi yolundaki çalışmalarını geliştirmelidir. Ana baba, çocuklarına verilecek eğitim türünü seçmek hakkını öncelikle haizdirler. Madde 27 Herkes, topluluğun kültürel faaliyetine serbestçe katılmak, güzel sanatları tatmak, ilim sahasındaki ilerleyişe iştirak etmek ve bundan faydalanmak hakkını haizdir. Herkesin yarattığı, her türlü bilim, edebiyat veya sanat eserlerinden mütevellit manevi ve maddi menfaatlerin korunmasına hakkı vardır. Madde 28 Herkesin, işbu Beyannamede derpiş edilen hak ve hürriyetlerin tam tatbikini sağlayacak bir sosyal ve milletlerarası nizama hakkı vardır. Madde 29 Her şahsın, şahsiyetinin serbest ve tam gelişmesi ancak bir topluluk içinde mümkündür ve şahsın bu topluluğa karşı görevleri vardır. Herkes, haklarının ve hürriyetlerinin kullanılmasında, sadece, başkalarının haklarının ve hürriyetlerinin gereğince tanınması ve bunlara saygı gösterilmesi amacıyla ve ancak demokratik bir cemiyette ahlâkın, kamu düzeninin ve genel refahın haklı icaplarını yerine getirmek maksadıyla kanunla belirlenmiş sınırlamalara tabi tutulabilir. Bu hak ve hürriyetler hiçbir veçhile Birleşmiş Milletlerin amaç ve prensiplerine aykırı olarak kullanılamaz. Madde 30 İşbu Beyannamenin hiçbir hükmü, herhangi bir devlete, zümreye ya da ferde, bu Beyannamede ilan olunan hak ve hürriyetleri yoketmeye yönelik bir faaliyete girişme ya da eylemde bulunma hakkını verir şekilde yorumlanamaz.