Usaq seirleri

Layla – Abdulla Şaiq

Layla dedim, yat ciyərim parası,
Ağlama çox ey gözümün qarası!
Olma yemək-içməyin avarası,
Layla quzum, layla, gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.
Böyü bir az, yeddi yaşa yetgilən,
Səhər tezdən dur, məktəbə getgilən;
Dərs oxuyub yazmağa səy etgilən;
Layla quzum, layla, gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.
Təmiz geyib dolangilən gül kimi,
Hər gün oxu dərsini bülbül kimi;
Gəzmə küçələrdə gedib veyl kimi;
Layla quzum, layla, gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.
Sən də çalış elm ilə şöhrət qazan,
Qalma cəhalətdə, olarsan yaman;
Elmlə abad olubdur cahan;
Layla quzum, layla, gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.


Close
Facebookda bizə qoşulun, Kitabsız qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook