Usaqlar ucun seirler

Cücələrim – Abbas Səhhət

Cücələrim birər-birər,
Suyu görüb yavuq gələr,
İçər, gedər eşələnər.
Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.
Cücələrim lümək-lümək,
Qanadları gödək-gödək,
Yem axtara, tapar yemək,
Yeyər, içər cücələrim.
Doyub qaçar cücələrim.
Gecə dönəndə gündüzə
Cücələrim gəzə-gəzə,
Səhər hindən qaçar düzə,
Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.
Cücələrim bəzəklidir,
Bəzəklidir, düzəklidir.
Sarı, çil-çil, hər rənglidir.
Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.