Şəkərbura resepti

Şəkərbura resepti

1
Şəkərbura resepti

Xəmir:

Un 1 kg
Yağ 500 gr
Yumurta 5 sarısı
Xama (smetan) 250 gr

 

İç:

Badam, qoz ya da fındıq – əvvəldən təmizlənmiş, qovrulmuş sürtgəcli maşından keçirilib 1/1.ə nisbətində şəkərlə qarışdırılmış – 600 gr
Kardomon
Unu yağla döyün qum zərrəsi alınanadək (kiç olmamalıdır), sonra xama, yumurta sarısını əlavə edərək xəmiri yığın.

Xəmiri soyuqa qoyun, səhər bişirməyə başlayın. Xəmir soyuducuda saxlanılır, bir-bir soyuducudan çıxarılır. Xəmiri 60 gr kündələrə bölün (50 d). Kündələr 10-12 sm diametrlik dairələrə yayılır (təxminən kofe üçün kiçik nəlbəkidək). Mən təxminən gözü yarı edirəm. Bu dairələrin arasına iç qoyulub, dairəni qıraqları bir-biriylə bərk yapışdırılır və kanar tərəfdən vintvarı bükülür.

Sonra şəkərburanın üzərinə maqqaşla müxtəlif naxışlar vurulur. Bu naxış – milli azərbaycan naxışıdır və cinahi adlanır.

Üstünə heç bir tökmədən 165 gr. Selsiyada 20-30 dəq bişirirsiz.

Bu şəkildə Siz badamlı şəkərbura görürsiniz. Nənəm mənə həmişə deyərdi ki, əsl şəkərbura badamla düzəlməlidir. Badamı 5 dəqiqə qaynar suda qaynadın sonra qabığından azad edin. Badamı badam maşınından çəkib şəkərnən qatışdırmaq lazımdır.

 

Nuş olsun

Azerifood.com

 

 

Categories : Azərbaycan Şirniyyatı,Günün Yeməyi

Etiketler:, , , , , , , , , , , ,

Bir şərh var → “Şəkərbura resepti”

  1. COK guzel sekerbura

    Cavab

Cavab yaz

*
Close
Facebookda bizə qoşulun, Hər gün yeni reseptlərlə tanış olun!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook