Posts Tagged ‘Xestelikler haqqinda’

Miopiya xəstəliyi

Yaxından görmə (miopiya) – elə bir göz xəstəliyidir ki, təsvirin, tor qişada deyil,  onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yaxılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə, heç bir problem olmur: miopiyalı insan yaxında daha yaxşı görür, elə buradan da xəstəliyin adı yaranıb – yaxından görmə. Xəstəlik, göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir […]

Quru dəriyə qulluq qaydaları

Cavan qadınlarda quru dəri zərif, elastik və yaxşı dartılmış şəkildə olur. Dəridəki məsamələr bağlı olaraq nəzərə çarpmır, səthində praktiki olaraq sızanaq və civzələrə rast gəlinmir. Yağlı dərisi olanlar onları “bəxtəvər!” deyə adlandıra bilər. Ancaq hər şey heç de belə sadə deyil. Quru dəriyə daim olaraq düzgün qulluq etmədikdə o, tez bir zamanda qocalaraq qırışlarla örtülə bilər. Dərinin […]

Endokardit haqqında

Endokardın divarını  və qapaqlarının iltihabı olub, revmatizm , bəzən septik  və  göbələk infeksiyaları , kollagenozlar , intoksikasıyalar ( uremiya) nəticəsində  meydana çıxır. Çox vaxt patoloji prosesə ürək boşluğu, vətər lifləri , trabekul və papilyar əzələlər qoşulur. Yarımkəskin septik ( bakterial )  endokardit   əsasən ürək qapaqlarının bəzən endokard divarının zədələnməsi ilə müşahidə olunur. Etiologiyası : Çox vaxt […]

Soyuğa qarşı allergiya haqqında

Bir çox insanlar qışı, soyuq havanı, qarı xoşlayır. Lakin digərlərinə soyuq hava heç bir sevinc gətirmir. Söhbət soyuğa qarşı allergiyası olan insanlardan gedir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu  dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar uzun müddət ərzində həkimləri “gəzir”, lazım olmayan müalicələr alırlar. Soyuq tibbi […]

Dubin-Conson sindromu haqqında

Dubin-Conson sindromu genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson sindromu ömürlük yüngül sarılıqla müşayət olunan və çox az rast gəlinən qaraciyər patologiyasıdır. Bu xəstəlik zamanı natamam bilirubin mübadiləsi qeyd olunur və xəstənin qanında davamlı hiperbilirubinemiya müəyyən edilir. Yəni bu zaman qanda bilirubin normadan yüksək olur […]

Alkoqolizm haqqında

 Ümumi məlumatlar   Alkoqolizm – spirtli içkini hədsiz və tez-tez qəbul etmə kimi zərərli vərdiş nəticəsində əmələ gələn xəstəlikdir. İçki düşkünləri alkoqoldan asılı olurlar. Onları içkidən zorla ayıranda, bu abstinent sindrom əmələ gətirə bilər. Bu sindrom öyümə, qusma, həyəcan, qarabasmalar, titrəmə kimi simptomlarla təzahür edir. Alkoqolizm beyin fəaliyyətini və yaddaşı pozur, fiziki qabiliyyəti pisləşdirir, insan ağla […]

Metabolik sindrom haqqında

Metabolik sindrom anlayışı altında metabolik risk faktorlarının  (məqalədə ətraflı təsvir edilir) cəmi başa düşülür. Bir insanda bu risk faktorları birlikdə müşahidə edilərsə gələcəkdə xüsusilə kardiovaskulyar problemlərin yaranma riski yüksəlir.Məsələn, bir insanda yüksək qan təzyiqi qanda şəkərin yüksəlməsi və piylənmə ilə yanaşı gedirsə bu metabolik sindrom adlandırıla bilər və onun kardiovaskulyar xəstəliyə tutulma ehtimalı çox yüksəkdir. […]

Ateroskleroz haqqında

Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bir qədər də bərkiyərək öz elastikliyini itirir. Arteriyaların daxili qatında yağa oxşar tərkibli maddələrin (onların əsas hissəsini xolesterin təşkil edir) çökməsi – yığılması baş verir. Bu proses davam etdikcə, damar divarı daralmağa başlayır ki, bunun da nəticəsində ürək, beyin və […]

Botulizm xəstəliyi haqqında

Ev şəraitində hazırlanan və çox sevilən müxtəlif turşular, mürəbbələr və kompotlar bəzən ağır zəhərlənmələrə səbəb olurlar. Bəzən isə bu məhsulların qəbul edilməsi insanın həyatına son qoya bilər. Bu xüsusən botulizm xəstəliyinə aiddir. Botulizmi törədən bakteriya Clostridium botulinumadlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar   tərəfindən “hazırlanan” toksin – botulotoksin – dünyada ən güclü bioloji zəhərlərdən […]

Hepatit C haqqında

Hepatit C geniş yayılmış bir xəstəlikdir və Hepatit C virusu (HCV) tərəfindən törədilir.  ABŞ əhalisinin ~1,8%-ində (~4 milyon insan) HCV ilə yoluxma qeyd olunur və hər il ~30000 insan daşıyıcıya çevrilir və 8-10 min insan bu xəstəliyin ağırlaşmalarından həyatını dəyişir.  Rəsmi statiskaya görə bu gün dünyada 170 milyon insan HCV-yə yoluxmuşdur. HCV bu günə qədər tapılmış […]

Close
Facebookda bizə qoşulun, Məlumatsız qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook